Modern.az

Azərbaycanlı biznesmenin qızını öldürən dəstənin məhkəməsi başlanır

Azərbaycanlı biznesmenin qızını öldürən dəstənin məhkəməsi başlanır

28 İyul 2011, 15:29

Rusiya Baş İstintaq İdarəsinin Sankt-Peterburq şəhəri üzrə komitəsi 7 nəfər Azərbaycan  vətəndaşından ibarət cinayətkar dəstənin işi üzrə istintaqı yekunlaşdırıb. Modern.az “Rosbalt”–a istinadən bildirir ki, dəstə üzvləri qətllərdə, dələduzluqda ittiham olunur.

Müstəntiqlər dəstə üzvlərinin izinə azərbaycanlı biznesmenin qızının ölüm işini araşdırarkən çıxıblar. Belə ki, 2009-cu ilin aprelində Leninqrad vilayətinin Vsevoljsk rayonunda cəsədi tapılmış 21 yaşlı qızın ölüm işi araşıdırılarkən  məlum olur ki, qız azərbaycanlı biznesmenin övladıdır. Məlum olub ki, qızın atasından pul qopara bilməyən dəstə üzvləri onun övladını öldürmək qərarı veriblər. Pul ödənilməsi ilə bağlı rədd cavabı alan dəstənin başçısı Murad Məmmədov qızı oğurlamaq və öldürmək qərarını verib. Cinayəti gizlətmək üçün iki gündən sonra isə qızı öldürən şəxsləri də aradan götürüblər.

İstintaq zamanı məlum olub ki, qız elə dəstə başçısı Murad Məmmədovun qohumu imiş. Təhqiqat nəticəsində dəstə tərəfindən törədilimiş yeddi ölüm işi üzə çıxıb. Bu qətlləri dəstə 2003-2009-cu illərdə törədib. Öldürülənlər əsasən pul ödəməkdən imtina etmiş iş adamları və onların qohumları olub. Dəstənin əsas məqsədi Sankt–Peterburq bazarlarında alver edən azərbaycanlılar üzərində kriminal nəzarəti təşkil etmək olub. Müttəhimlər istintaqı ələ almağa da cəhd ediblər. Müstəntiqə rüşvət vermək istəyən azərbaycanlı da saxlanılıb. Cinayət işi 40 cilddən ibarətdir. İşlə bağlı 50 şahid dindirilib, 20-dək axtarış aparılıb.

Cinayət işi məhkəməyə göndərilib. Cinayətkar dəstənin lideri M.Məmmədov beynəlxalq axtarışa verilib. İstintaqın əlində olan məlumatlara görə, o Azərbaycanda gizlənir. Onun tutulması üçün əməliyyat–istintaq işi aparılır.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər