Modern.az

Bu il 700 bal toplayan bütün abituriyentlər Bakı məktəblərinin məzunlarıdır (SİYAHI)

Bu il 700 bal toplayan bütün abituriyentlər Bakı məktəblərinin məzunlarıdır (SİYAHI)

28 İyul 2011, 16:18

Yenicə başa çatan ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Bu barədə Modern.az saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib.
TQDK-dan bildirilib ki, 700 bal toplamaqla maksimal nəticə əldə edən bütün 4 abituriyent ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə sənəd verib.
Modern.az saytı onlardan birini – Bakıdakı “Zəkalar liseyi”nin məzunu Əli Əliyevi artıq oxuculara tanıdıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 700 bal toplayan digər 3 abituriyent də paytaxtdakı təhsil müəssisələrinin məunlarıdır. Bunlar 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva , 169 saylı məktəbin məzunu Ləman Məmmədova və 263 saylı məktəbin məzunu Cahandar Camallıdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəisi Nailə Rzaquliyeva adları çəkilən abituriyentlər və onların valideynlərilə görüşüb, uğurlu nəticə qazanan gəncləri mükafatlandırıb.

Modern.az saytı xatırladır ki, ötən il isə 700 bal toplayan abituriyentlərin sayı xeyli çox olub – 7 nəfər. IV ixtisas qrupu üzrə 3 nəfər, I ixtisas qrupu üzrə 2 nəfər, II ixtisas qrupu üzrə də 2 nəfər 700 bal toplayıb. Ötən il yalnız III ixtisas qrupundan heç kim 700 bal toplaya bilməyib.

2009-cu ildə isə ali məktəblərə keçirdiyi qəbul imtahanlarında 2 nəfər abituriyent test kitabçasındakı bütün suallara düzgün cavab verməklə 700 bal toplayıb. Onların hər ikisi III ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlər olub.





Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər