Superdövlətin Helsinki Komitəsində Kazan görüşünün nəticələri və münaqişə ilə bağlı müzakirələr keçirilib
Uğursuz Kazan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında müşahidə olunan sükut buzunu ABŞ “sındırıb”. Vaşinqton Cənubi Qafqazdakı geosiyasi maraqları baxımından Dağlıq Qarabağ danışıqlarında yeni situasiyanın yarandığına diqqəti yönəltmək üçün bir sıra addımlar atmağa başlayıb. Vaşinqton bu münaqişənin Rusiya tərəfindən təkbaşına idarə edilməsi ilə razılaşmayacağına dair mesajlar verib.
Bunu ABŞ-ın Helsinki Komitəsində Qarabağla bağlı aparılan müzakirələrdən sezmək mümkündür.
ABŞ müdafiə nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi Aleksandr Verşbou bildirib ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsnin tənzimlənməsi prosesində “geriyə addım” atıblar. Modern.az İTAR-TASS-a istinadən bildirir ki, Verşbou bu barədə ABŞ Helsinki komisisyasının iclasında deyib.
Onun sözlərinə görə, Emənistan, Azərbaycan və Rusiya prezidentlərinin Kazan görüşündə münaqişənin həlli ilə bağlı aparılan danışıqlar uğurla nəticələnməyib və “cəbhənin təmas xəttində gərginlik artır”. Verşbou deyib ki, Ermənistan və Azərbaycan əvvəlki kimi baza prinsiplərini razılaşdırmağa hazır deyil. “Biz konstruktiv olmayan təhlükəli pat situasiyasında qalmaqada davam edirik”-deyə o vurğulayıb.
ABŞ dövlət katibinin köməkçisi Filip Qordon isə bildirib ki, ATƏT dondurulumuş münaqişələrin həllində öz rolunu oynamaqda davam etməlidir. O bildirib ki, “ bu münaqişələr dağıdıcı potensiala malikdir və regionda təhlükəsizlik üçün təhlükə yaradır”.
Qordon qeyd edib ki, “ bu münaqişlər ATƏT və onun üzvü olan ölkələr üçün vacib prioritetlər kimi qalmalıdır”.
Aleksandr Verşbou ABŞ –ın Rusiyada keçmiş səfiridir. Onun çıxışında bir sıra tezislər bəzi məqamları müəyyən etmək üçün diqqət kəsb edir. İlk olaraq onu qeyd edək ki, Kazan görüşündə Rusiyanın uğursuzluğu ABŞ –ın maraqlarına cavab verib. Verşbou dolayısı yolla Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü ələ götürmək üçün yaxşı fürsət ələ düşdüyünü mesajını verir. Tərəflərin “baza prisiplərinin razılaşdırmağa hazır olmaması” barədə deyilən ifadə isə diplomatik mahiyyət daşıyır və cümləni “ABŞ-sız danışıqlar prosesinin müsbət nəticələr olmayacaq” siqnalı kimi xarakterizə etmək olar.
Qordon isə ATƏT-in səlahiyyətlərini xatırlatmaqla münaqiənin tək bir ölkəinin egidası altında keçirilməsinin mümkünsüzlüyü barədə Rusiyanın ünvünına mesaj göndərib. Görünür yeni “Qarabağ oyunu” üçün bir sıra tezislər Cənubi Qafqazada siyasi maraqları olan iri dövlətlərin stolunun üzərinə qoyulub.
Elə dünən Amerika Konqresinin Nümayəndələr Palatasının 2012-ci il üçün ölkələrə ayrılacaq xarici yardım siyahısından Dağlıq Qarabağın adını çıxarmasını bu “yeni oyunun” ilk jesti kimi qiymətləndirmək olar.
Xaqani SƏFƏROĞLU