Modern.az

Nazir “Azercell” və “Bakcell”i "vurdu": "Onlar bizim şərtləri qəbul etməlidir..."

Nazir “Azercell” və “Bakcell”i "vurdu": "Onlar bizim şərtləri qəbul etməlidir..."

29 İyul 2011, 14:46

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, “Azercell” və “Bakcell” mobil operatorları 3G lisenziyasını “Telekommunikasiya haqqında” qanuna əsasən hazırlanmış qaydaları qəbul edən kimi alacaqlar.

Modern.az-ın məlumatına görə, Ə.Abbasov qeyd edib ki, “Azercell”, “Bakcell” bu məsələdə tərəddüd edirlər. Ə.Abbasov bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən gərəkli olan bütün addımların atıldığını deyib.

“Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən operatorların şəbəkəsi şəffaf olmalıdır. Yəni orda operatorlar arasında olan trafik mübadiləsi görünməlidir”.

Nazir hər iki mobil operatorun fəaliyyətini kəskin tənqid edib.

Ə.Abbasovun sözlərinə görə, daşınan nömrələrə keçmək tələb olunsa da, mobil operatorlar, xüsusilə də “Azercell” nədənsə buna həvəs göstərmir.

"Artıq bütün inkişaf etmiş ölkələrdə vahid daşına bilən nömrə prinsipi həyata keçirilir"-deyə nazir vurğulayıb. 
Rabitə və informasiya texnologiyaları naziri operatorlar arasında trafik mübadiləsinin qiymətinin aşağı salınmasını da vacib sayıb. 
Nazirin sözlərinə görə, hazırda operatorlar arasında trafik mübadiləsinin qiyməti Azərbaycanda 5 qəpikdir.
"Bu da ümumi qiymətin yüksək olmasına gətirib çıxarır. Ona görə də artıq belə bir qərar qəbul edilib ki, trafik haqqı 2 qəpiyə endirilsin. Buna da “Azercell” və “Bakcell” razı olmurlar. Bu şərtləri qəbul edəndən bir saat sonra onlara lisenziya veriləcək” - deyə nazir əlavə edib.

Mail Ağaxanov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər