Modern.az

Müqəddəs Ramazan ayı başlayıb (Qaydalar+Təqvim)

Müqəddəs Ramazan ayı başlayıb (Qaydalar+Təqvim)

1 Avqust 2011, 08:16

Ağlın nəfsə qalib gəldiyi bu ayda oruc tutmağın xeyirli cəhətləri  


İslam aləmi üçün müqəddəs Ramazan ayı başlayıb. Ötən gecə niyyət gecəsiydi. Bu gündən oruc tutmaqla ruhən və cismən saflaşan müsəlmanlar bununla həm İslam dininin əsas qaydalarından birini yerinə yetirir, həm də 30 gün müddətində aclığa qarşı öz iradələrini nümayiş etdirirlər.   

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının mübarək Ramazan ayının başlanması ilə bağlı verdiyi fətvada qeyd olunub ki, miladi təqvimlə avqustun 1-dən başlayan bu mübarək ayın Fitr bayramı (Ramazan bayramı) Şəvval ayı hilalının görünməsindən asılı olaraq, avqustun 30-na və ya 31-nə təsadüf edir.

Fətvada bildirilib ki, əzəməti və mərhəməti hədsiz olan Allah-Təala mübarək Ramazan ayında oruc tutan möminlərə sonsuz fərəh və iman sevgisi bəxş edir. Mömin müsəlmanları Allahın lütfünə daha da yaxınlaşdıran Ramazan ayı insanlara yüksək mənəvi dəyərlər, ali bəşəri hisslər təlqin edir. Uca Allah bu mübarək ayda insanlara daha çox savab qazanmaq, günahlarının bağışlanması üçün imkan yaradır, qəlblərində xoş əməllərə meyli artırır, nəfsə və şərə qalib gəlməyin və ədalətsizliyi islah etməyin yollarını göstərir.

”Heç şübhəsiz ki, Allah yolunda oruc tutanların əcri böyükdür. Allah-Təala Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi...” (əl-Bəqərə surəsi, ayə 183). Həzrət Muhəmməd (s) demişdir: “Allah-Təala buyurur: “Oruc Mənim üçündür, mükafatını da Özüm verəcəyəm”. 

Yaradanla yaradılan arasında vasitə olan Oruc insanları paklığa, ədalətə, şükrə, birliyə və bərabərliyə, nəfsi tərbiyə etməyə, haramdan çəkinməyə, vacib buyurulanlara əməl etməyə çağırır. Cənnət qapılarının ibadət əhli üçün açıldığı bu ayda möminlər daha çox Quran oxumalı, ibadət etməli və zikrlə məşğul olmalıdırlar. İnsanın kamilliyinə, cəmiyyətin birliyinə nail olmaq üçün gözəl məqam olan Oruc ibadəti günlərində camaat namazlarında iştirak etmək, Ramazan gecələrini, xüsusilə, min aya bərabər tutulan Qədr gecələrini Allah evində-məscidlərdə ibadətlə keçirmək, alimlərin, şəriət bilicilərinin söhbətlərindən faydalanmaq, müqəddəs dinimizin fəzilətlərindən daha artıq istifadə etmək məsləhətdir. Mübarək Ramazan ayında hamınızı səbirli olmağa və Allah yolunda xeyirxah işlər görməyə dəvət edirik”-deyə fətvada bildirilib.

Mərhəmət və şəfqət ayı olan Ramazanda kimsəsizlərə, ehtiyacı olanlara, qaçqın və köçkünlərə yardımçı olmaq, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək Allaha xoş gedər. Bu müqəddəs ayda ifrata və israfçılığa yol vermədən ehtiyacı olanlar üçün ehsan süfrələrinin açılması da orucumuzun Allah dərgahında qəbul olması üçün bir vəsilədir.

Qafqaz Müsəlmanları İdarəsi hər il olduğu kimi, bu il də Ramazan orucunu tutan insanlara  kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb.
”Ayrı-ayrı qurumlar tərəfindən hazırlanan və təfriqə yarada bilən oruc və namaz cədvəllərinə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanmış elmə əsaslanan, milli-mənəvi birliyimizə xidmət edən bu cədvələ riayət etməyi müsəlmanlarımıza tövsiyə edirik”-deyə QMİ-nin fətvasında bildirilib.

Min illərdən bəri qeyd edilən Ramazan bayramı dünya müsəlmanları üçün ən müqəddəs mərasimlərdən sayılır. Oruc tutmaq müsəlmanın riayət etməli olduğu 10 vacib əməldən biridir. Ramazan bayramı Azərbaycanda dini azadlıqların olmadığı Sovet İttifaqı dağılandan sonra yenidən geniş qeyd edilməyə başlayıb. Sovet ideologiyasının 70 il ərzində apardığı antitəbliğat və qadağalar soydaşlarımıza bu müqəddəs mərasimi unutdura bilməyib.

İslam dinində müqəddəs ay sayılan Ramazanda  müsəlmanlar pəhriz saxlayırlar. Ona görə də Ramazana  «ağlın nəfsə qalib gəldiyi ay» da deyirlər.

Təzəpir məscidinin axundu Hacı Faizin sözlərinə görə, oruc insanın Allaha minnətdarlıq niyyətilə icra etdiyi bir ibadətdir. Bu ayda insan iradəsini gücləndirib, nəfsini tərbiyə etmiş olur, öz dözümlülüyünü yoxlayır, əxlaqını pisliklərdən qoruyur. Oruc tutmaq təkcə qida qəbul etməmək, siqaret çəkməmək, spirtli içki  içməməkdən ibarət deyil:
«Oruc tutan şəxs eyni zamanda pisliklərdən də çəkinməlidir, söyüş söyməməli, qeybət, dedi-qodudan uzaq olmalıdır».

Hacı Faizin sözlərinə görə, oruc tutanla tutmayan öz hərəkətlərində bir-birini nəzərə almalı, digərini hansısa hərəkətilə narahat etməməlidir. Bu yolla insanda öz hisslərini cilovlamaq və kamilləşməyə çalışmaq vərdişi yaranır.

Oruc tutan insanlar Ramazan ayının əvvəlindən axırına qədər səhər yeməyini sübh namazından əvvəl, şam yeməyini isə axşam namazından sonra yeməlidirlər. Aradakı müddət ərzində onlar qidadan və sudan imtina edir, siqaret və içkidən nəfslərini qoruyurlar. Yeməyə başlamazdan əvvəl isə iftar duası oxunmalıdır.

Tibb elmi orucluğu insan sağlamlığının qorunmasında gözəl vasitə sayır. Belə ki, bir ay pəhriz rejiminə əməl edən insan orqanizmində maddələr mübadiləsi normaya düşür, zərərli maddələr bədəndən xaric olunur. Oruc tutmaqla orqanizmdə qan təmizlənir, bir çox daxili orqanlar dincəlir. Orucluğun digər vacib hikmətlərindən biri də budur ki, imkanlı insanlar oruc tutmaqla, yəni ac qalmaqla bir növ yoxsulların necə yaşadıqlarını hiss etmiş olurlar.

Orucu bilməyərəkdən pozanlar Ramazan ayından sonra hər hansı bir gün onun əvəzini tuta bilərlər. Orucluğun sonunda hər bir ailə öz üzvlərinin sayına uyğun olaraq adambaşına 3 kq buğda, arpa və ya xurmanın çəkisində fitrə verməlidir. Fitrə buğda və ya başqa ərzaq məhsulu, həmin ərzağın pulu da ola bilər. Dini qaydalara görə, gündəlik çörək pulunu qazana bilməyən şəxsin fitrə verməsi vacib deyil. Fitrə bayram axşamı iftar vaxtı verilməli, ən geci ertəsi gün səhər bayram namazına qədər ehtiyacı olanlara çatdırılmalıdır ki, onlar həmin pulla, yaxud ərzaqla bayram keçirə bilsinlər.

Dinşünas alimlərin sözlərinə görə, orucluq müsəlmanlar üçün əsas ibadətlərdən biri olsa da, heç də hamıya aid deyil. Çünki müqəddəs Qurani-Kərimdə də qeyd olunub ki, tab gətirməyənlər oruc tutmamalıdırlar. Bu ifadə çox ağır fiziki işlə məşğul olanlara, həbsdə işgəncələrə məruz qalanlara, xəstə olanlara və uzaq səfərə çıxanlara, hətta orucu tutmaqda həqiqətən də çətinlik çəkənlərə şamil edilə bilər.

Ramazan ayında səfərə çıxanlar oruc tutmadığı günün əvəzini (fidyə) başqa günlərdə ödəyə bilərlər.  

Qafqaz Müsəlmanları İdarəsinin 2011-cu il üçün hazırladığı Ramazan təqvimi:

Bakı şəhəri üçün tərtib olunmuş əsas təqvim  

Avqust 2011

Sübh namazı

Gün çıxır

Zöhr namazı

Əsr namazı

Axşam namazı
İftar vaxtı

İşa namazı

1

5:16

6:37

13:50

18:21

21:11

22:45

2

5:17

6:38

13:50

18:21

21:10

22:44

3

5:18

6:39

13:50

18:20

21:09

22:42

4

5:20

6:40

13:50

18:20

21:08

22:40

5

5:21

6:41

13:50

18:19

21:06

22:39

6

5:22

6:42

13:50

18:18

21:05

22:37

7

5:23

6:43

13:50

18:18

21:04

22:35

8

5:25

6:44

13:50

18:17

21:03

22:34

9

5:26

6:45

13:50

18:16

21:01

22:32

10

5:27

6:46

13:49

18:16

21:00

22:30

11

5:29

6:47

13:49

18:15

20:59

22:28

12

5:30

6:48

13:49

18:14

20:58

22:27

13

5:31

6:49

13:49

18:14

20:56

22:25

14

5:32

6:50

13:49

18:13

20:55

22:23

15

5:34

6:51

13:49

18:12

20:53

22:21

16

5:35

6:52

13:49

18:11

20:52

22:20

17

5:36

6:53

13:48

18:10

20:51

22:18

18 

5:38

6:54

13:48

18:09

20:49

22:16

19

5:39

6:55

13:48

18:09

20:48

22:14

20 

5:40

6:56

13:48

18:08

20:46

22:12

21

5:41

6:57

13:47

18:07

20:45

22:10

22

5:42

6:58

13:47

18:06

20:43

22:08

23

5:44

6:59

13:47

18:05

20:42

22:06

24

5:45

6:59

13:47

18:04

20:40

22:05

25

5:46

7:00

13:46

18:03

20:39

22:03

26 

5:47

7:01

13:46

18:02

20:37

22:01

27

5:49

7:02

13:46

18:01

20:36

21:59

28

5:50

7:03

13:45

18:00

20:34

21:57

29

5:51

7:04

13:45

17:59

20:32

21:55


Bəzi şəhərlər üçün Bakı vaxtına edilən əlavələr: 
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək + 18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzuli +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Qubadlı +13, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz  +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9 dəqiqə.

 Adəm Qorxmaz       

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər