Modern.az

İmtahanlarda yüksək bal toplayan abituriyentlərə prezident təqaüdü veriləcək

İmtahanlarda yüksək bal toplayan abituriyentlərə prezident təqaüdü veriləcək

5 Avqust 2011, 13:51

Ötən il olduğu kimi, bu il də Azərbaycan Republikasının ali məktəblərinə keçirilən qəbul imtahanlarında ixtisaslar üzrə ən yüksək bal toplayaraq tələbə adı qazanmış gənclərə prezident təqaüdü ayrılacaq. Modern.az-ın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Sentyabr ayında bu il ali təhsil müəssisələrinə qəbulun nəticələrinə görə prezident təqaüdü almağa namizəd olan I kurs tələbələrinin suyahısı ölkə başçısına təqdim olunacaq. Siyahıya təxminən 100 - 105 nəfərin adı salınacaq.

TQDK-dan bildirilib ki, Azərbaycan Republikasının ali məktəblərinə bu il keçirilən qəbul imtahanları zamanı yüksək bal toplayan gənclərə prezident təqaüdünün verilməsi dövlət başçısının səlahiyyətində olan məsələdir. Hər il bu barədə ölkə rəhbərinin özü müvafiq sərəncam verir. Builki sərəncamın konkret nə vaxt veriləcəyi bilinməsə də, bunun yeni dərs ili ərəfəsində, sentyabrın 10-15 aralığında olacağı gözlənilir.

Son illər imtahanlarda ən yüksək bal toplamış I kurs tələbələri Prezident təqaüdünü almaq hüququ qazanırlar. Əvvəlki illərdə 650-700 bal toplayan tələbələr Prezident təqaüdünə layiq görülüblər.

Prezident təqaüdünün məbləği 150 manat müəyən edilib.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər