Maliyyə Nazirliyi 1 iyul 2011-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu barədə məlumat açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə,
Azərbaycan Respublikasının 1 iyul 2011-ci il tarixinə dövlət xarici borcunun həcmi (milyon ABŞ dolları ekvivalentində) 4 512.6 təşkil edir.
Dövlət xarici borcunun ÜDM-a faiz nisbəti 8.1 %-dir.
Modern.az