Moskva Ter-Petrosyanın rəhbərliyi ilə aparılan hakimiyyət uğrunda mübarzədən qorxuya düşüb
Avqustun 12-13-də keçiirləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin sammitində regional təhlükələr və terrorçu qrupların müdaxilə təhlükəsi müzakirəyə çıxarılacaq.
Modern.az bildirir ki, bu barədə təşkilatın baş katibi Nikolay Bordyuja Rusiya prezidenti Dimitri Medvedevə məlumatında bildirib. Bordyuja qeyd edib ki, KTMT qlobal və regional təhlükələrdən narahatdır.
Bordyuja həmçinin vurğulayıb ki, sammitdə qurum üzvü olan bir sıra ölkələrə yardım məsələsi də müzakirə ediləcək. Bu sırada Ermənistan da var. Lakin o yardım formaları barədə açıq danışmayıb.
D.Medvedev öz növbəsində qeyd edib ki, bu sammitdə o, Rusiyanın Afrika və ərəb dünyasında baş verən proseslərdə göstərdiyi vasitəçilik missiyası barədə tərəfdaşlarına məlumat verməyi düşünr.
“Söhbət əsasən Liviyadan və Yaxın Şərqin bir neçə ölkəsindən gedir. Bu ölkələrdə baş verən hadisələr KTMT üzvü olan ölkələrədə baş verən situasiyalarla birbaşa əlaqəlidir”-deyə D.Medvedev bildirib.
Medvedevin açıqlamalarından belə görünür Moskva Ermənistanda son zamanlar baş verən proseslər və Ter-Petrosyanın rəhbərliyi ilə müxalifətin fəallığından narahat olub. Odur ki, Serj Sərkisyanın iştirakı ilə həm daxili prosesləri, eyni zamanda Dağlıq Qarabağ məsələsini birgə müzakirəyə çıxarmaq niyyətinə düşüb. Moskvanın son zamanlar regional münaqişə ilə bağlı fəallığı bu baxımdan KTMT-nin də məsələyə açıq şəkildə müdaxiləsini zəruri edib.
KTMT-nin baş katibi Bordyuja Azərbaycanla bağlı bir sıra qalmaqallı açıqlamaların müəlifidir. O bir neçə ay əvvəl açıq şəkildə bəyan etmişdi ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa, qurum Ermənistanı dəstəkləyəcək və müharibəyə qatılacaq.
Modern.az