Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlərə açıqlamasında deyib ki, 2013-cü ilədək ölkə ərazisinin 95%-i qazlaşdırılacaq. O, ölkənin bütün rayonlarında qazlaşdırma işləri getdiyini vurğulayıb.
Çox maraqlı xəbərdir…
ARDNŞ prezidentinin açıqlamasını bu gün bütün telekanallar özlərinin günorta efirə gedən “Xəbərlər” buraxılışının baş xəbəri kimi təqdim etdilər, eyni zamanda bir sıra internet saytları da onu yerləşdirdilər. Sabah da yəqin bu xəbəri qəzet səhifələrində oxuya biləcəyik.
(Xəbər bu linkdə də var - //anspress.com/index.php?a=2&lng=az&nid=112389).
Xəbərinn maraq doğuran məqamı isə ondan ibarətdir ki, Azərbaycan torpaqlarının 20 fazinin erməni işğalı altında olduğunu külli aləm bildiyi halda, ARDNŞ prezidenti niyə “2013-cü ilədək ölkə ərazisinin 95%-i qazlaşdırılacaq” deyir? Əgər əraizimizin 20 fazi bizdə deylsə, R.Abdullayev 95 fazi necə hesablayır?
Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Xocalı, Şuşaya gedə bilmiriksə, bütün rayonlarında qazlaşdırma necə aparıla bilər?
Təəssüf ki, bu sualları ARDNŞ prezidentindən açıqlama alan jurnalistlərdən heç biri ona ünvanlamadı. R.Abdullayevi də hər zaman tutmaq olmur ki, xəbərə isti-isti izahat istəyəsən...
R.Abdullayevin “2013-cü ilədək ölkə ərazisinin 95%-i qazlaşdırılacaq” xəbəri bəzi KİV-lərin təbirincə, “şok xəbər” adlandırıla bilər. Yəqin ARDNŞ prezidenti 2013-cü ilin sonlarınadək işğal altında olan bütün rayonların azad ediləcəyi barədə detallı məlumata malikdir ki, belə açıqlama verib. Yoxsa niyə 20 fazi torpaqlarımız işğalda ola-ola, o, belə desin..?
Biz durub deyə bilmərik ki, ARDNŞ-nin rəhbəri ərazimizin 20 fazinin işğalda olduğunu bilmir...
Doğrudan şok xəbərdir...
Adəm Qorxmaz