Modern.az

Ət iki dəfə ucuzlaşa bilər, amma bir şərtlə... (Ekspert rəyi)

Ət iki dəfə ucuzlaşa bilər, amma bir şərtlə...  (Ekspert rəyi)

Ölkə

10 Avqust 2011, 14:38

Vüqar Bayramov: “Gömrükdəki suni maneələr aradan qaldırılarsa, bir sıra məhsulların qiyməti düşər”

Son günlər ət məhsullarının qiymətində artımlar müşahidə edilməkdədir. Belə ki, bir qayda olaraq yay aylarında ucuzlaşan ət məhsulları nədənsə bu yay bahalaşır. Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, ətin qiymətinin qalxması süni xarakter daşıyır və burada daha çox sahibkarlar günahkardır.

Qeyri-rəsmi araşdırmalar, illər üzrə gömrük rəsmiləşdirmələri göstərir ki, ölkədə  ətin qiyməti süni şəkildə bahalaşdırılır. Misal üçün  2007-ci ildə ölkəyə gətirilən mal əti gömrükdə 99 qəpiyə, (həmin ildə dükan-bazarlarda mal əti 4 manat 60 qəpiyə satılırdı), qoyun əti 1 manat 22 qəpiyə (həmin ildə qoyun əti 5 manatdan ucuz deyildi), toyuq əti isə  43 qəpiyə (həmin ildə toyuq əti bazarlarda 7 dəfə baha, yəni 2 manat 87 qəpiyə satılırdı) rəsmiləşdirilib.

İqtisadçı-ekspert Vüqar Bayramovun  sözlərinə görə, ətin qiymətindəki artımlar təkcə süni deyil,  bir sıra inzibati müdaxilələrlə bağlıdır: “Ölkədə yerli istehsal ət məhsullarına olan  tələbatın tam ödənilməsinə imkan vermir. Təlabatı ödəmək üçün bir sıra, eləcə də qonşu ölkələrdən, xüsusən Gürcüstandan idxal həyata keçirilir. Azərbaycanda ətin qiymətinin Gürcüstanla müqayisədə baha olduğunu  nəzərə alsaq, praktiki idxalın liberallaşdırılması, o cümlədən  suni maneələrin aradan qaldırılması qiymətlərin kəskin ucuzlaşmasına səbəb ola bilər. Gürcüstanda ən baha ətin qiyməti Azərbaycan manatı ilə 2,5 - 3 manat arasında dəyişir. Azərbaycanda   isə qoyun ətinin qiyməti 9 manatdır. Praktiki Gürcüstanda qoyun ətinin qiyməti Azərbaycanla müqayisədə 3 dəfə ucuzdur”.

Mütəxəssis hesab edir ki, gömrükdəki suni maneələrin aradan qaldırılması nəticəsində Azərbaycanda ətin qiymətinin kəskin ucuzlaşmasına nail olmaq mümükündür: “Hesablamalarımız göstərir ki, gömrükdəki süni maneələri aradan qaldırılarsa, Azərbaycanda bir sıra məhsulların, eləcə də ət məhsullarının qiyməti iki dəfə ucuzlaşar. Qonşu ölkələr arasında ərzaq məhsullarının qiyməti ilə bağlı mütənasiblik olmalıdır.  Bir ölkədə ərzaq məhsulunun qiyməti qonşu ölkəyə nisbətən 3 dəfə bahadırsa bu, iqtisadi baxımdan izah edilə bilməz”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər