Modern.az

Ali məktəblərin boş yerlərinə və kolleclərə qəbul olunanların adları açıqlandı

Ali məktəblərin boş yerlərinə və kolleclərə qəbul olunanların adları açıqlandı

Ölkə

10 Avqust 2011, 17:36

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin  boş qalan plan yerlərinə   tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri açıqlandı. TQDK-dan Modern.az saytına bildirilib ki, nəticələr avqustun 10-da saat 17:15-dən etibarən komissiyanın  internet saytında yerləşdirilib.
(burada - //www.tqdk.gov.az/ali2011/)

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə  1077 nəfər, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 7393 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyenlər avqustun 12-dən 18-dək, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 15-dən 29-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər