Modern.az

“Eurovision”un Avropadakı rəsmi nümayəndələri Bakıya gəldilər

“Eurovision”un Avropadakı rəsmi nümayəndələri Bakıya gəldilər

Ölkə

10 Avqust 2011, 23:44

“Eurovision” Mahnı Müsabiqəsinin baş prodüseri Yan Ola Sand və müsabiqənin təşkilati rəhbəri Sietse Bekker avqustun 10-da İctimai Televiziya və Radio Yayımları Şirkətində olub. Baş direktor İsmayıl Ömərovla görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision” Mahnı Müsabiqəsinin təşkilati, texniki, hüquqi və yaradıcılıq məsələləri müzakirə olunub.

Baş direktor qonaqlara müsabiqəyə hazırlığın gedişi haqında ətraflı məlumat verib.

Bakıya ikinci dəfə səfər etdiyini və bu dəfəki səfərində də əsas məqsədin görülən, eləcə də nəzərdə tutulan işlərlə tanışlıq olduğunu bildirən Yan Ola Sand müzakirələrdən razı qaldığını bildirib.
“Bu gün bir çox məsələləri müzakirə etdik. Müsabiqəyə hazırlıqla bağlı indiyədək görülən işlər qənaətbəxşdir. Əsas odur ki, bu görüşlərimizdə prioritetləri–nədən başlayıb, nə ilə sona çatdırmağı müəyyən etməliyik.” 

Səfər öncəsi Avropa Yayımları Birliyinin (EBU) təmsilçisi Sietse Bekker xarici mətbuata müsahibəsində Azərbaycanın “Eurovosion”  hazırlıqları üçün «B variantı” barədə məlumat vermişdi. Onun bu fikirləri bəzi insanlarda narahatlıq doğurdundan Avropa Yayımları Birliyinin (EBU) rəsmisi məsələyə aydınlıq gətirərək bunun ehtiyat variant olduğunu vurğulayıb.

“Bu mənim Bakıya ilk səfərimdir. İnsanların qonaqpərvərliyi, şəhərinizin infrastrukturu və təmizliyi məndə xoş təəsürat yaratdı. Mətbuatda səsləndirdiyim “B variantı”na gəldikdə, burada qeyri-adi heç nə yoxdur. Azərbaycanda müsabiqənin harada keçiriləcəyi ilə bağlı söhbət etdik. Əgər müsabiqənin keçirilməsi üçün yeni bir yer tikilirsə, o vaxtında başa çatdırılmalıdır. Şou yeni tikiləcək bir məkanda keçiriləcəksə, onda “B variantı” ehtiyat kimi lazımdır. Əgər hansısa səbəbdən gecikmə və ya başqa bir çətinlik ortaya çıxarsa, onda ehtiyat variant kimi alternativ yer olmalıdır”-detə Sietse Bekker bildirib. 

Avropa Yayımları Birliyinin nümayəndəsi bu məsələ ilə bağlı daha dəqiq məlumatları Bakıdakı müzakirələrdən sonra əldə edəcəklərini bildirib. Qeyd edək ki, EBU təmsilçiləri Yan Ola Sand və Sietse Bekkerin Azərbaycana səfəri avqustun 11-dək davam edəcək. Qonaqlar avqustun 11-də İctimai TV-də aparıcı Hüsniyə Məhərrəmovanın təqdimatında efirə gedəcək  «Eurovision xəbərləri» verilişində olacaq. Verilişdə müsabiqə ilə bağlı ictimaiyyəti maraqlandıran suallara cavab veriləcək. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər