Modern.az

Elmar Vəliyev daha bir toplantı keçirdi, tapşırıqlar verdi (FOTOLAR)

Elmar Vəliyev daha bir toplantı keçirdi, tapşırıqlar verdi (FOTOLAR)

Ölkə

18 Avqust 2011, 11:40

Gəncə Şəhər İcra Hakimiyyətində dahi şair Nizami Gəncəvinin 870 illiyinə hazırlıq məqsədilə toplantı keçirilib. Toplantıda 37 nəfərdən ibarət xüsusi komissiyanın gördüyü və görəcəyi işlərə nəzərə salınıb.

Şəhər ziyalılarından ibarət komissiyanın rəhbəri Fuad Əliyev öncə Nizami Gəncəvi irsinin müxtəlif dövürlərini əhatə edən kitabların ilkin variantını Gəncə şəhər İH başçısı Elmar Vəliyevə təqdim edib. Qeyd olunub ki, nəfis tərtibatda hazırlanan kitablar və bukletlər  Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də çapa hazırlanır. Nizami Gəncəvinin 870 illiyinə dair Gəncədə keçiriləcək beynəlxalq elmi-praktiki konfransa hazırlıq işlərindən danışan Fuad Əliyev konfransın proqramı və qonaqları haqqında icra başçısına məlumat verib.
Tədbirdə Elmar Vəliyev fars, özbək və digər xalqların Nizami yaradıcılığına sahib çıxmasından danışaraq bu yöndə Nizamişünasların və mütəxəssilərin apardığı araşdırmaların və təbliğatın daha da genişləndirilməsini tapşırıb. Yaxın günlərdə Nizami Gəncəvi Mərkəznin tikintisinin başlayacağını söyləyən Elmar Vəliyev dünyaşöhrətli ədibimizə aid olan qədim əlyazmaların, şairin yaradıcılığı və həyatını özündə əks etdirən bütün eksponatların toplanaraq mərkəzə verilməsini tapşırıb.

Tədbirdə çıxış edən komissya üzvləri Nizami Gəncəvinin 870 illiyinə hazırlıq məqsədilə dahir şairin əsərlərinin canlandırıldığı xalçaların, misgərlik nümunələrinin və digər əşyaların sifarış verildiyini bildiriblər.

Qeyd edək ki, icra başçısının tapşırığı ilə şəhərin müxtəlif küçə və prospektlərində yerləşən binaların qarşısına dahi Nizaminin əsərlərindən və hikmətli sözlərindən ibarət tabloların qoyulması tapşırılıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən şairin 870 illliyi  münasibətilə Gəncədə keçiriləcək möhtəşəm tədbirlərə hazırlıq üçün şəhərin müxtəlif idarə və təşkilatlarına, eləcə də incəsənət ustalarına müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, ömrünü və yaradıcılığını Gəncəyə bağlayan dünya şöhrətli Nizami Gəncəvinin ildönümü ilə bağlı keçiriləcək tədbirlər planı sentyabır ayı üçün nəzərdə tutulur.




Xaliq Qurbanlı
Gəncə

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər