Modern.az

Bayıl çatlayıb, sürüşmə təhlükəsi yaranıb (YENİLƏNİB-FOTO)

Bayıl çatlayıb, sürüşmə təhlükəsi yaranıb (YENİLƏNİB-FOTO)

Ölkə

18 Avqust 2011, 12:39

Bayıl qəsəbəsindəki sürüşmə zonasında aktivlik müşahidə olunmağa başlayıb. Modern.az xəbər verir ki, Bayıl yamacında - Şəhidlər Xiyabanındakı Əbədi məşəl abidəsindən başlayaraq Neftçilər prospektinə qədər çat zolaq müşahidə olunub. Gecə saatlarından Fövqəladə Hallar Nazirliyinin qüvvələri çat zolaqlarını gillə doldurmağa, bərkitmə işlərinə başlayıb. "Gülüstan" Sarayının yaxınlığındakı yolda 20 metr uzunluğunda və təxminən 3 sm enində çat əmələ gəlib.

Bu istiqamətdə avtomobillərin hərəkəti dayandırılıb, polis nəzarəti yaradılıb. 

Əraziyə baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev də baş çəkib. Sürüşmə ərazisində yaradılmış qərargahda mütəxəssislərin iştirakı ilə məsləhətləşmələr aparılıb. Baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında sürüşmənin səbəbinin təbii amillərlə bağlı olduğunu bildirib.
A.Şərifov deyib ki, sürüşmə zonasınakı 58 evdə yoxlama aparılacaq. “Ərazidən əhalinin köçürülməsi gündəmdə deyil. Təhlükəsizlik tədbirləri görüləndən sonra yollar açılaraq nəqliyyatın istifadəsinə veriləcək” – deyə baş nazirin müavini bildirib.
A.Şərifov deyib ki, Bayıl yamacında sürüşmə təhlükəsi həmişə olub və bu, təbii amillərlə bağlıdır.

Bir qədər öncə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da hadisə yerinə gəlib və çat əmələ gələn əraziyə baxış keçirib.

***

Abid Şərifov jurnalistlərə deyib ki, çatlar baş verən ərazi gillə doldurulacaq, bərkitmə işləri aparılacaq, torpağın üst hissələri izolyasiya olunacaq ki, dərin qatlara su keçməsin, su axan kanalların sayı artırılacaq. Həmçinin ərazidə 30-40 metr dərinliyə beton svaylar basdırılacaq, yaşayış yerlərinə içməli su istisna olmaqla bostan üçün verilən su azaldılacaq.

"Buranın sürüşmə zonası olması hamıya bəllidir, on illərdir ki, buranın sürüşmə zonası olduğunu hamı bilir. 2000-ci ildə bu ərazidə ən böyük sürüşmə baş vermişdi" - deyə A.Şərifov bildirib. O, ərazidə ciddi nəzarət tədbirlərinin həyata keçirildiyini vurğulayıb.








Mail Ağaxanov 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər