Modern.az

Avqustun 28-də kolleclərə 31251 abituriyent imtahan verəcək

Avqustun 28-də kolleclərə 31251 abituriyent imtahan verəcək

Ölkə

19 Avqust 2011, 11:25

“Avqustun 28-də 9 illik təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək”. Modern.az-ın məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfrasında deyib.

Orta ixtisas təhsil müəssilərinin ümumi orta təhsil bazasına sənər qəbulunun iyunun 2-dən elan olunduğunu deyən M.Abbaszadə qəbul imtahanında iştirak etmək üçün 31251 abituriyentin ərizəsini təsdiq edildiyini bildirib.

“Abituriyent imtahan buraxılış vərəqəsi və abituriyent vəsiqəsini elektron ərizlərini təsdiq etdirdikləri qəbul komissiyasında 24, 25, 26, 27 avqust tarixlərində saat 10:00-dan 17:00-dək əldə edə bilərlər”.

Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9642  plan yerindən 8449-u Azərbaycan bölməsinə, 312 yer rus bölməsinə, 881 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.

Komissiya sədrinin sözlərinə görə, qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevr, şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində keçiriləcək. Imtahan bütün binlarada eyni vaxtda saat 13:00-da başlanacaq.

“Bakı şəhərində 12911, Sumqayıtda 1956, Naxçıvanda 1070, Gəncədə 4052, Lənkəranda 2102, Mingəçevrdə 1273, Şəkidə 1714, Şirvanda 1632, Ağcəbədidə 850, Göyçayda 1824, Xaçmazda 1867 abituriyent imtahan verəcək.

Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.

Qəbul imtahanının nəticələri sentyabrın 2-də açıqlanacaq.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər