Modern.az

Kənd Təsərrüfatı Nazirliyi “köhnə” katiblər, “əski” icra başçıları, “kommunist” təfəkkürlü məmur yığınından qurtarmalıdır

Kənd Təsərrüfatı Nazirliyi “köhnə” katiblər, “əski” icra başçıları, “kommunist” təfəkkürlü məmur yığınından qurtarmalıdır

22 Avqust 2011, 15:54

“Yeni Həyat – İqtisadi İnkişaf” İctimai Birliyinin sədri, iqtisadçı-ekspert

Respublikamızın iqtisadiyyatının çox böyük inkişaf potensialına malik əsas sahələrindən biri də kənd təsərrüfatıdır. Son illər ölkə Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, kənd əhalisinin güzəranın yaxşılaşdırılmasına və onların məşğulluq prob­­­lemlərinin həllinə diqqət və qayğısı artıb. Aqrar sahibkarlığın maddi-texniki, normativ-hüquqi və elmi-metodik bazasının təkmilləş­di­ril­məsi və inkişaf etdirilməsi istiqamətlərində həyata keçirilən tədbirlər müsbət nəticələrini göstərməkdədir.

Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışının təş­ki­slində digər məsələlərin həlli ilə yanaşı, kənd təsərrüfatı müəs­si­sə­lə­rinin ixtisaslı kadrlarla təminatı da vacib məslələrdəndir. Respub­li­ka­mız­da aqrar sektorun kadrlara olan ehtiyacını əsasən Azərbaycan Kənd Təsərrüfatı Akademiyası (AKTA) həyata keçirirdi. Sovetlər dönəmində də bu elm və təhsil ocağının yetişdirdiyi kadrlar kənd təsərrüfatı müəs­si­sələrinin təşkili və idarə olunmasında xüsusi fəallıq göstərmiş, isteh­sal olunmuş kənd təsərrüfatı məhsullarının həcminə görə Azərbaycan ta­­ri­xində ilk dəfə olaraq rekord göstəricilər əldə etmişlər. Lakin, aqrar islahatların ilkin mərəhələsində kolxoz və sovxozların yeni iqtisadi sis­te­mə transformasiyası nəticə­sində kadrlara da təlabat azalmağa baş­ladı.
Bu onunla əlaqədardır ki, böyük təsərrüfatların əsas istehsal fond­larının bölünməsi nəticə­sin­də kiçik əm­lak və pay torpaqları üzə­rin­də yaradılmış ailə kəndli təsər­rü­fatları öz fəaliyyətlərini günün tə­ləb­ləri əsasında qura bilmədiklərinə görə iqti­sa­di tə­nəz­zül keçirməyə başlamışdı. İqtisadi cə­hət­dən qeyri-səmərəli təsərrüfatların sayı çoxalmağa başlamış, təsər­rüfat subyektlərinə ixtisaslı kadrların cəlb edilməsi çətinləşmiş, əhali arasında kənd təsərrüfatı mütəxəsisləri hazırlayan ali və orta ixtisas təhsil müəs­­si­sə­lə­ri­nə də maraq azalmağa başlamışdı.

Son illərdə Sahibkarlığa Kömək Milli Fondunun və Kənd Tsəsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərindən istifadə nəticəsində gəlirlə işləyən kənd təsər­rü­fatı müəssisələrinin sayı xeyli art­ıb. Paralel olaraq həmin müəssisələrin ixtisaslı kadrlara da təlabatı artmağa baş­layıb. Eyni zamanda, idarəetmə və digər sahələrdə müasir texnologiyaların tətbiqi və “elek­tron höku­mət”ə keçidlə əlaqədar yaranmış vəziyyət Kənd Təsərrüfatı Nazirliyində də kadr islahatlarının aparılmasını zərurətə çevir­ib. Belə demək mümkün­dür­sə, idarə olunanlar – aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektləri öz mad­di-texniki bazalarını və kadr heyətlərini müasir standartlara uyğun təşkil edirsə, idarə edən də öz potensialını, o cümlədən kadr potensialını həmin dinamikaya uyğun olaraq formalaşdırmalı və inkişaf etdirməlidir.
İdarə edən özü­nün kadr heyətini “köhnə” ka­tib­lə­rin, “əski” icra başçılarının, qeyri-ixtisas sahiblərinin, “kommunist” təfəkkür tərzinə malik kadr­la­rın, yaş­lı mə­mur­ların yığınına çe­vir­mə­mə­li­dir.

Təəssüf ki, son vaxtlar bu paradoks özünü daha qabarıq biruzə vermək­də­dir... Unutmamalıyıq ki, biz geriyə gedərək utopik sosializm, riyakar kommunizm qu­ru­lu­şu for­ma­­ma­laş­dır­mı­rıq  –  Ümum­milli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi bazar iqtisadiyyatı yolu ilə irəli gedə­rək de­mokratik prin­siplər əsa­sın­da inkişaf etmiş ölkə­lə­rin təcrübəsində olduğu kimi liberal iqtisadi məkan, güclü vətəndaş cəmiyyəti forma­laş­dır­maq istəyirik. Mən, yaşlı nəslin dövlətçiliyimizn formalaşmasında və qorunmasında göstərdikləri müstəsna xid­mət­lərini yüksək qiymətləndirsəm də köhnə stereotiplərin yeni mülki münasibətlər sisteminə tətbiqinin əlehinəyəm. Ona görə də hesab edirəm ki, aqrar-sənaye kompleksinin yeni mülki münasibətlər sistemində davamlı inkişafını tə­min et­mək, ixrac potensialını artırmaq, ümumiyyətlə aqrar sektorda əsaslı irəliləyişlərə nail olmaq, ərzaq bolluğu yaratmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin məmur heyəti bilikli və bacarıqlı, dövlətçi­li­yi­mi­zə və milli maraq­la­rı­mı­za sədaqətilə fərq­lənən islahatçı və rasional təfəkkür tərzinə ma­lik yeni nəsil – müasir kadr­lar he­sa­bı­na zən­gin­ləş­di­ril­mə­lidir.

Bu baxımdan ölkə Prezdenti İlham Əliyevin müvafiq qərarları ilə əvəlcə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verilməsi və daha sonra həmin elm və təhsil ocağının sta­tu­sunun dəyişdirilərək Azərbaycan Aqrar Universitetinə (AAU-ya) çevrilməsi, habelə dövlət qulluğunda 65 yaş sen­zi­nin tətbiq edilməsi respublikamızın aqrar-sənaye kompleksinin müasir standartlara cavab verən ixtisaslı kadr­lar­la təmin edilməsi istiqamətində çox böyük əhəmiyyət kəsb edir. Bu qərarlar ən başlıcası AAU-nun (keçmiş AKTA-nın) maddi-tex­niki bazasının müasir standartlar səviyyəsində qurulmasına şərait yaratmış və dövlət qayğısını artırıb. Həmin elm və təhsil ocağında hazırlanan kənd təsərrüfatı kadrları təkcə bu sferada fəaliyyət göstərən sahib­kar­lıq sub­yekt­lə­ri­nin deyil, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin də kadr potensialının müasir standartlar səviy­yə­sində forma­laş­dırılmasına xidmət etməlidir. Bu elm və təhsil ocağına cənab Prezidentin maraq göstərməsi onun kənd təsər­rü­fa­tı­na olan diqqət və qayğısından irəli gəlir. Mən əminəm ki, AAU-nun tələbə, məzun və müəllim heyəti üzər­lə­rinə düşən və­zifələri düzgün qiymətləndirəcək, kənd təsərrüfatının əvvəlki şöhrətinin yeni mülki münasibətlər sis­te­min­də özünə qaytarılması üçün bilik və bacarıqlarını əsirgəməyəcəklər.

Kənd təsərrüfatının inkişaf etdirilməsi alternativ iqtisadiyyat yartmaq baxımından da əhəmiyyətlidir. Bildi­yi­niz kimi neft tükənən sərvətdir və müəyyən dövrdən sonra onun gətirdiyi gəlirlər də azalmağa başlayacaq. Kənd təsərrüfatının inkişaf etdirilməsi iqtisadiyyatımızın neftdən asılılığını azaltmaqla yanaşı dünya bazarına müasir tex­no­lo­gi­ya­lar əsasında istehsal olunan keyfiyyətli kənd təsərrüfatı məhsulları çıxarmaqla ölkəmizə valyuta gətirilməsinə şə­­rait yarada bilər. Kənd təsərrüfatının inkişaf etdirilməsi sosial-iqtisadi həyatımızın digər sahələrinə də müsbət təsir göstərəcək.

Respublika əhalisinin təxminən 50 faizi aqrar sektorda məskunlaşıb. Qeyd edilən sahənin inkişaf etdi­rilməsi həmin əhali qrupunun məşğulluq probleminin həllinə, onların şəxsi büdcəsinin ar­tı­rıl­masına və güzə­ran­la­rı­nın yaxşılaşdırılmasına da müsbət təsir göstərəcək. Bundan əlavə, yüngül sənayemizin də vəziy­yəti ürəka­çan deyil və bu sahənin inkişafı kənd təsərrüfatının inkişafı ilə düz mütənasibdir. Azərbaycan Respublikası özünün inkişaf ta­ri­xi­nə, təbii ehtiyyatlarına və inkişaf potensialına görə aqrar-sənaye döv­lə­tidir. Bu baxımdan hesab edirəm ki, kənd tə­sər­rüfatı dünya təcrübəsinə əsaslanaraq düzgün inkişaf etdirilərsə, aqrar-sənaye kompleksinin hüquqi-normativ, elmi-me­to­dik, maddi-texniki, təşkilati-idaretmə əsasları və ən başlıçası kadr təminatı bazar iqtisadiyyatı qanunlarına uy­ğun təş­kil edilərsə – ölkə əhalisinin keyfiyyətli ərzaqla etibarlı təmi­na­tı problemi həll olunar, yüngül sənayenin inki­şa­fı sti­mul­laş­dırılar, dövlət və yerli büdcənin formalaşmasında kənd təsərrüfatı və yün­gül sənaye sahələrindən daxil­ol­mlar artar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır