Modern.az

Atası Sahib Səfərov: "Ramil Səfərovun ad günü sabahdır, onun ikinci kitabı çıxacaq" (FOTOLAR)

Atası Sahib Səfərov: "Ramil Səfərovun ad günü sabahdır, onun ikinci kitabı çıxacaq" (FOTOLAR)

Ölkə

25 Avqust 2011, 12:15

Macarıstan paytaxtı Budapeştdə ömürlük həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ad günü ilə bağlı mətbuatda fərqli tarixlər yazılır. Ramil Səfərovun atası Sahib Səfərov Modern.az saytına bildirib ki, Ramilin ad günü sabah - 26 avqustdadır.

“Ramilin ad gününün 25 və 26 avqust tarixində olduğunu yazanlar var. Kim necə istəyir, dəqiqləşdirmədən  eləcə də yazır. Hətta onun ad gününü iyulun 25-də də qeyd edənlər oldu. Belə olmaz axı, Ramil sabah - 26 avaqust tarixində anadan olub”.

Sahib Səfərov həbsdə olan zabitimizin ad günü ilə bağlı dostlardan, tanışlardan zəng gözlədiyini  deyib.

“Ramilin ad günü ilə bağlı dostları, yaxın adamlar və ya başqa insanlar zəng vurub təbrik edirlər, onu xatırlayıb, fikirlərini bölüşürlər. Amma sabah kimlərin zəng edəcəyini hələ bilmirəm”.

Ramilin ailəsi ilə tez-tez əlaqə saxladığını deyən Sahib Səfərov onun vəziyyətinin yaxşı olduğunu və heç bir narahatçılığının, şikayətinin olmadığını qeyd edib.

“Biz onunla əlaqə saxlaya bilmirik, ancaq özü zəng edir. Bildiyim qədər yenə də yazı-pozu işləri ilə məşğuldur. Deyəsən hanısa macar yazıçısının əsərinin tərcüməsi ilə məşğuldur və yaxın vaxtlarda ikinci kitabı da çıxmalıdır”.

S.Səfərovun sözlərinə görə, Ramil özü ad gününü qeyd eləmir. “Bizim doğma Cəbrayıl rayonu işğal olunduqdan sonra Ramil öz ad gününü qeyd etmir”.

Ramil Sahib oğlu Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrəti yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil almağa istiqamətləndirib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib.
Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası alıb.          
Ramil həbsxanada macar dilini öyrənib, macar dilindən Azərbaycan dilinə əsər tərcümə edib. Tanınmış macar yazıçı Maqda Sabonun "Qapı" romanı macarcadan Azərbaycan dilinə tərcümə olunmuş ilk kitabdır. R.Səfərov kitabı 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib.


 

 

 

 

 

 

 
Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər