Modern.az

Xarici İşlər Nazirliyi də "Google"nin saxtakarlığı ilə bağlı hərəkətə keçib

Xarici İşlər Nazirliyi də "Google"nin saxtakarlığı ilə bağlı hərəkətə keçib

Ölkə

26 Avqust 2011, 12:03

Azərbaycan ərazilərinin “Google” şirkətinin saytındakı xəritələrdə təhrif olunması ilə yanaşı, həmin veb-səhifədə Qarabağın Ermənistan ərazisi kimi göstərilməklə buna uyğun telefon kodları da yazılıb. Modern.az saytının məlumatına görə, Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı və Rabitə və İnformasiya Terxnologiyaları Nazirliyi bununla bağlı “Google” şirkətinin rəhbərliyinə etiraz məktubu göndəriblər.

“Qarabağın telefon kodlarının Ermənistan zona kodları kimi göstərilməsi məsələsi Xarici İşlər Nazirliyinin diqqətindədir”.
Bu sözləri Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi əməkdaşı Elman Abdullayev deyib. O həmçinin qeyd edib ki, bu məsələ nazirlik tərəfindən araşdırılır.

“Qarabağın telefon kodlarının Ermənistan zona kodları kimi göstərilməsi ilə əlaqədar artıq Azərbaycanda xidmət göstərən aiddiyyatı qurumların diplomatik nümayəndəliklərinə reaksiya verilməsi üçün təlimatlar verilib” deyə Elman Abdullayev əlavə edib.

Aytən ƏLİYEVA 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər