Modern.az

Sabir Rüstəmxanlı: “Mənim də adım Diasporla iş üzrə Dövlət Komitəsinə sədr gətiriləcək şəxslər sırasında hallandırılır”

Sabir Rüstəmxanlı: “Mənim də adım Diasporla iş üzrə Dövlət Komitəsinə sədr gətiriləcək şəxslər sırasında hallandırılır”

Ölkə

26 Avqust 2011, 12:30

Millət vəkili Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi ilə Disporla iş üzrə Dövlət Komitəsinin müasibətlərində sərinləşmə yaranması gündəm mövzusu olaraq qalmaqdıdır.

Buna münasibət bildiriən Sabir Rüstəmxanlı isə bildirib ki, arada problem yoxdur.
“Komitə bizi tədbirlərinə dəvət edir. Mən diaspor məsəsləsi ilə tanışam. Bu işi qurmaq asan deyil. Həm də mənim də adım mətbuatda bu komitəyə rəhbər gətiriləcək insanlar sırasında hallandırılır. Ona görə də bu barədə söz söyləmək düzgün olmazdı. Hər halda mənim bu işlə bağlı bir düşüncəm var, başqa brinin isə tamam fərqli fikri”-deyə o, Modern.az-a bildirib.

S.Rüsəmxanlı Dünya Azərbaycanlılarının III Qurultayından da danışıb: “Orada elə adamlar var idi ki, ömürləri boyu dövlətimizin əleyhinə işləyiblər. Hər halda həmin qurultayı daha yaxşı keçirmək olardı”.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər