Modern.az

Türkiyə səfirliyinin Azərbaycandakı hansı partiyanı ittiham etdiyi bəlli oldu

Türkiyə səfirliyinin Azərbaycandakı hansı partiyanı ittiham etdiyi bəlli oldu

Ölkə

27 Avqust 2011, 14:27

Türkiyənin Azərbaycandakı səfirliyi bu gün Azərbaycandakı siyasi partiyalardan birini qınayan məlumat-//modern.az/articles/16656/1/-
yayıb.

"Son zamanlar bir müxalifət partiyası sədrinin Türkiyəni hədəf alan təşəbbüsləri və açıqlamaları və bu çərçivədə bəzi mətbu orqanlarda yer alan xəbərləri təəssüf hissi ilə izləyirik. Bütün bunları, yersiz, ciddiyyətdən və səmimiyyətdən uzaq, ictimai rəyi yanlış yönləndirmə məqsədinə xidmət etdiyini hesab edirik. Millətimizin  xeyrinə olmayan bir məsələdə polemikaya girmək istəmirik”.

Səfirlik bəyan edib ki, qardaş və dost ölkələrin aralarında yarana biləcək məsələlərin mətbuat vasitəsi ilə gündəmə gətirilməsi xalqları narahat edir və üzür.

Səfirliyin məlumatında söhbətin hansı partiya rəhbərindən getdiyi açıqlanmayıb. Modern.az saytı isə həmin partiyanın adını dəqiqləşdirə bilib.

Modern.az-ın araşdırması nəticəsində məlum olub ki, diplomatik korpusun ittiham ettdiyi siyasi partiya deputat Qüdrət Həsənquliyeviun sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır (BAXCP).

Modern.az saytı məsələ ilə bağlı BAXCP sədrinin siyasi və ictimai əlaqələr üzrə müavini Niyaməddin Orduxanlının mövqeyini öyrənib.  Qarşı tərəfin səfirliyə cavabı az sonra saytımızda yerləşdiriləcək.

(BACXP sədri Qüdrət Həsənquliyev bir neçə gün öncə partiyasının mətbuat xidməti vasitəsilə bəzi KİV-lərə yaydığı müsahibəsində Türkiyəni ciddi ittiham etmişdi. Müsahibəni buradan //modern.az/articles/16360/1/ oxumaq olar).

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər