Modern.az

Sənaye və Energetika Nazirliyində 65 yaşı ötən işçilər ixtisar olundu

Sənaye və Energetika Nazirliyində 65 yaşı ötən işçilər ixtisar olundu

Ölkə

1 Sentyabr 2011, 13:41

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır, ixtisarlar aparılır. 

Artıq Kənd Təsəsrrüfatı, Maliyyə, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, “Dövlətqaçqınkom”da təqaüd yaşı çatmış dövlət işçilərinin ixtisarları barədə məlumat vermişik.

Bəzi nazirlik və komitələrdə təqaüd yaşı çatmış işçilərin siyahısı hazırlanır.

Modern.az-ın əməkdaşı daha iki dövlət qurumundan bu istiqamətdə hansı işlərin aparıldığını öyrənməyə çalışıb. 

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev bildirib ki, onlarda 65 yaşa çatmış dövlət qulluqçusu fəaliyyət göstərmir.
“Ona görə də qanunun tələblərinə “Dövlət qulluğu haqqında” qanunun tələblərinə uyğun olaraq bizdə hələlik heç bir tədbir görülməyib. Təbii ki, 65 yaşdan yuxarı işçilər olanda bizdə qanuna uyğun tədbirlər görəcəyik”.

Sənaye və Energetika Nazirliyində isə 65 yaşdan yuxarı 3 nəfər işçi təqüdə göndərilib. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli deyib.

“Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliyə əsasən nazirlikdən yaşı 70-i keçmiş 3 əməkdaşımızın işinə xitam verilib və onlar təqaüdə göndərilib” deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.

Aytən ƏLİYEVA 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər