Modern.az

Təhsil nazirindən 17 min müəllimə bəd xəbər

Təhsil nazirindən 17 min müəllimə bəd xəbər

Ölkə

3 Sentyabr 2011, 00:04

Təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanın təhsil sistemində çalışan 65 yaşdan yuxarı 17 minə yaxın işçinin işdən çıxarılacağı gözlənilir. Jurnalistlərə açıqlamasında nazir deyib ki, 65 yaşlı işçilərin işdən çıxarılması kadr problemi yaratsa, proses müvəqqəti olaraq dayandırıla bilər.

“Məsələ zamanı gəldikcə həll olunacaq. Görsək ki, təhsil sistemində kadr problemi yaranır, müvəqqəti olaraq bu prosesi saxlamalı olacağıq. Bu addım ona görə atılır ki, ölkədə təhsilin keyfiyyəti yaxşılaşsın, təhsilə yeni nəfəs, gənclər gəlsin”, - deyə, M.Mərdanov bildirib.

Modern.az saytının məlumatına görə, ölkənin əksər orta məktəblərində 65 yaşı ötmüş müəəlimlərin artıq təqaüdə göndərilməsinə başlanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər