Modern.az

Misir Mərdanov: "Mən də əvəzolunmaz adam deyiləm"

Misir Mərdanov: "Mən də əvəzolunmaz adam deyiləm"

Ölkə

6 Sentyabr 2011, 14:21

Bakı şəhər təhsil işçilərinin bu günkü ənənəvi sentyabr konfransında iştirak edən təhsil naziri Misir Mərdanov “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra yaş məhdudiyyətinə görə vəzifəsindən gedib-getməyəcəyindən danışıb.

"Qəzetlərdən birində yazıblar ki, təhsil nazirinin də 65 yaşı var, niyə işdən çıxmır? Əgər məsləhət olarsa, nazir də vəzifəsindən getməyə hazırdır. O cümlədən də mən. Vəzifə heç kəs üçün əbədi deyil".

Misir Mərdanov bildirib ki, o bir nazir olaraq heç də əvəzolunmaz kadr deyil.
"Hesab etmirəm ki, əvəzolunmaz adamam”-deyən təhsil naziri kiminsə vəzifəsindən getməsini özü faciə saymağı düzgün qəbul etmədiyini vurğulayıb.

Modern.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov 1946-cı il oktyabrın 3-də anadan olub. 1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışır. Gələn ay nazirin 65 yaşı tamam olacaq.

Bir müddət bundan öncə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddi 65 yaş müəyyənləşdirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər