Modern.az

Təhsil Nazirliyi orta məktəblərdəki vakant iş yerləri barədə elan verdi

Təhsil Nazirliyi orta məktəblərdəki vakant iş yerləri barədə elan verdi

Ölkə

6 Sentyabr 2011, 15:33


Təhsil Nazirliyi 2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə fiziki tərbiyə, coğrafiya, informatika və riyaziyyat müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə, vakant qalan yerləri elan edib.
Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, ölkə üzrə fiziki tərbiyyə müəllimliyi ixtisası üzrə 23, informatika müəllimliyi üzrə 104, coğrafiya müəllimliyi üzrə 160, riyaziyyat müəllimliyi üzrə 91 vakant yer var.
Adları çəkilən ixtisaslarla bağlı müəllimlərinin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayanlar elan edilən yerlər üçün müraciət edə bilərlər. Nazirlikdən bildirilib ki, Bakı şəhərində olan vakant yerlər ucun keçid balı 28-dən yuxarı, digər vakant yerlər üçün keçid balı isə 21-dən yuxarıdır. Vakant yerlərdə işləmək istəyənlər sentyabrın 13-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət edə bilərlər.

Təhsil Nazirliyinin məlumatına görə, ölkə məktəblərində tarix müəllimliyi üzrə 125, biologiya üzrə 128, fizika üzrə 90, musiqi və nəğmə üzrə 13, təsviri incəsənət müəllimliyi ixtisası üzrə isə 6 vakant yer var.

Həmin ixtisaslarla bağlı müəllimlərinin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayanlar elan edilən yerlər üçün müraciət edə bilərlər. Bakı şəhərində olan vakant yerlər ucun keçid balı 28-dən, digər vakant yerlər üçün keçid balı isə 21-dən yuxarıdır.

Bu ixtissalar üzrə vakant yerlərdə işləmək istəyənlər sentyabrın 12-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət etməlidirlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər