Avstriya millisinin qapısına son dəqiqədə təyin olunan penaltini qaçıran Türkiyə yığmasının futbolçusu Arda Turan neçə gündür qınaq obyektinə çevrilib. Xatırladaq ki, sentyabrın 6-da futbol üzrə Avropa Çempionatı-2012-nin qrup oyununda Avstriya-Türkiyə matçı 0:0 hesabı ilə bitib. Arda 91-ci dəqiqədə penaltini vursaydı Türkiyə vacib qələbə qazanacaqdı.
Amma Ardanı tənqid edən hər kəs əlcəzairli Amir Saioudun penalti vuruşunu görüncə, türk futbolçunu bağışlayıb. Ardanın penalti vuruşu Amir Saidonunkunun yanında şükürlüymüş.
Modern.az xəbər verir ki, ərəb mediası əlcəzairli futbolçunun penalti vuruşunu betərin betəri adlandırıb.
Arda Turanın penalti vuruşu:
Amir Saidonun penalti vuruşu: