Modern.az

Baş Dövlət Yol Polisi İdarəsi: "Yollarda ən müasir radarlar quraşdırılır"

Baş Dövlət Yol Polisi İdarəsi: "Yollarda ən müasir radarlar quraşdırılır"

Ölkə

8 Sentyabr 2011, 14:19

DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-ın respublikanın yollarında istifadə olunan radarların sayı ilə bağlı dünən yaydığı məlumata daha geniş aydınlıq gətirib.
O, saytımıza açıqlamasında bildidb ki, məlumatda bəhs edilən 120-ə yaxın radar yol polisi əməkdaşlarının istifadəsində olan radarlükslar, avtovijnlərdır. Kamran Əliyev bildirib ki, avtomobilin sürətini ölçən həmin cihazlar birbaşa yol polisi əməkdaşlarının xidməti ərazidə mobil-səyyar qaydada istifadə etdiyi radarlardır.
Digər radarların sayı isə çoxdur.
“Onların bütün ölkə üzrə quraşdırılması nəzərdə tutulub, hazırda bu istiqamətdə sürətlə iş gedir”-deyə K.Əliyev bildirib.  

K.Əliyev eyni zamanda qeyd edib ki, bu gün respublikada ən çox yol-nəqliyyat hadisəsi məhz nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması səbəbindən baş verir. Yüksək sürətlə nəqliyyat vasitələrinin idarə olunması səbəbindən baş verən qəzaların qarşısının alınması məqsədilə bu gün respublikanın avtomobil yollarında bütün istiqamətlər üzrə radarlar quraşdırılır.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi qeyd edib ki, paytaxtdan Şimal, Qərb, Cənub istiqamətdə avtomobil yollarında ölkə başcısının tapşırığı əsasında ən müasir radarlar quraşdırılır.
“Hər 3 istiqamətdə artıq bunların tətbiqinə başlanılıb. Qeyd edim ki, bu radarlar həm Avropa, həm yapon istehsalı olan radarlardır. Bu radarların başlıca xüsusiyyəti və mahiyyəti ondan ibarətdir ki, onlar sürət həddini aşan nəqliyyat vasitələrində qayda pozuntusunu qeydə almaqla birbaşa artıq onun fotogörünütüsünü printer vasitəsilə çap edir və mərkəzi məlumat bazasına göndərir. Bu bazadan da məlumat nəqliyyat vasitəsi sahibinin qediyyatda olduğu ərazi üzrə göndərilir və artıq protokollaşdırıldıqdan sonra həmin nəqliyyat vasitəsinin sürcüsü məsuliyyətə cəlb edilir”.

Bu çür radarların sayına gəlincə, K.Əliyev “onların sayını hələ dəqiq deyə bilmərəm, çünki quraşdırılma işləri davam edir. Ümumilikdə həmin cihazlar respublikanın ərazisinidə olan respublika əhəmiyyətli yolları əhatə edəcək” deyə vurğulayıb.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər