Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev onun ünvanına təzqiramiz ifadələr səsləndirdiyi üçün Azərbaycan Xalq Partiyasının (AXP) lideri, eks-deputat Pənah Hüseyni məhkəməyə verib.
BAXCP-dən Modern.az-a bildirilib ki, iddia ərizəsinin əsas predmeti Q.həsənquliyevin P.Hüseyn və İctimai Palatanın rəhbərliyinə daxil olan bəzi siyasilərin davranışları barəsə dediyi fikirlərdən sonra AXP liderinin onun ünvanına «Yeni Müsavat» qəzetində səsləndirdiyi təhqir və böhtan xarakterli ifadələrlə bağlıdır.
Qüdrət Həsənquliyev öz iddia ərzinəsində maddi təzminat davası açmayıb və Pənah Hüseyndən yalnız «Yeni Müsavat» qəzetinin vasitəsilə ondan üzr istəməsini tələb edib.
BAXCP sədri partiyanın mətbuat xidmətinə açıqlamasında Pənah Hüseyndən maddi təzminat tələb etməməsinin səbəbini də açıqlayıb. Qüdrət Həsənquliyevin sözlərinə görə, Pənah Hüseynin onun ünvanına səsləndirdiyi fikirlər onun nüfuzuna ciddi ziyan vurmayıb: «Pənah Hüseynin kim olduğunu hər kəs yaxşı bilir. Bu səbəbdən iddia ərizəmdə ondan hətta 1 qəpik dəyərinində olsa da belə, maddi təzminat tələb etməmişəm».
Qeyd edək ki, BAXCP sədri bir neçə müddət öncə rəhbərliyinə Pənah Hüseynin də daxil olduğu İctimai Palatanın razılaşdırılmamış aksiyalara dəvət etdiyi şəxslər həbsdə olduğu bir zamanda Pənah Hüseynin ölkədən kənarda istirahət etməsinə münasibətini açıqlamışdı. Pənah Hüseyn isə öz növbəsində «Yeni Müsavat» qəzetində Qüdrət Həsənquliyevin ünvanına bəzi fikirlər səsləndirmişdi.
Xatırladaq ki, Pənah Hüseyn də Qüdrət Həsənquliyevi məhkəməyə verib.
Modern.az