Modern.az

Gəncədə 76 səhiyyə işçisi işdən çıxarıldı

Gəncədə 76 səhiyyə işçisi işdən çıxarıldı

Ölkə

13 Sentyabr 2011, 17:02

Əmək Məcəlləsinə edilən dəyişikliklə bağlı Gəncədə 65 yaşına çatan səhiyyə işçiləri ilə əmək müqavilələri ləğv edilib. Bu barədə Gəncə şəhər Səhiyyə İdarəsinin kadırlar şöbəsinin baş məsləhətçisi Sevil Hüseynova Modern.az-a məlumat verib. Bildirib ki, artıq qanunun icrası ilə bağlı işlərə start verilib.

“Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı  17 may 2011-ci il tarixli qanununun icrasına Gəncə şəhərində başlanılıb. 65 yaşa çatan və yuxarı yaşlı işçilərin işdən azad olunmasına 01  avqust tarixindən başlanılıb, ilin sonuna kimi 110 nəfər tibb işçisi qanunda edilən dəyişikliyə görə işdən azad olunmalıdır. Hazırda bunlardan 76-ı ilə müqavilələrə xitam verilib”.

Sevil Hüseynovanın sözlərinə görə, işdən çıxarılan həkimlərdən sadəcə ikisi ilə əmək müqavilələrinin vaxtı bir il müddətinə növbəti dəfə uzadılıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər