Modern.az

Hərbi hissədən qaçan əsgərlər yaxalanıblar

Hərbi hissədən qaçan əsgərlər yaxalanıblar

Ölkə

13 Sentyabr 2011, 22:57

Tərtər rayon Polis Şöbəsinin əməkdaşları sentyabrın 12-dən 13-ə keçən gecə “N” saylı hərbi hissədən qaçan iki əsgəri sentyabrın 13-də axşam saatlarında Tərtər rayonun ərazisində saxlayıblar.

Modern.az saytının məlumatına görə, fərari hərbçilər artıq hərbi prokurorluğa təhvil veriliblər.

Qeyd edək ki, hərbi hissəni özbaşına tərk edənlər 20 yaşlı əsgərlərdir -  Vüsal Əlizadə və  Hüseyn Ramazanov.

V.Əlizadə Şəmkir, H.Ramazanov isə Bakının Xətai Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı