Modern.az

Azərbaycan idmançıları London Olimpiadasına 11 lisenziya qazanıblar (SİYAHI)

Azərbaycan idmançıları London Olimpiadasına 11 lisenziya qazanıblar (SİYAHI)

Ölkə

14 Sentyabr 2011, 10:43

Türkiyənin İstanbul şəhərindən Azərbaycana daha bir xoş xəbər  var. Yunan-Roma güləşi üzrə Dünya Çempionatının ikinci günü Azərbaycan idmançısı Saman Təhmasibi (84 kiloqram) London Olimpidasına lisenziya qazanıb.

Güləşçimizin dörddəbir finalda məğlub olduğu Belarus idmançısı Albert Səlimov finala çıxdığından Saman Təhmasibi olimpiya lisenziyası qazanmaq imkanı əldə edib.

Təsəlliverici görüşdə idmançımız əvvəlcə Janarbek Kenjeyevi (Qırğızıstan) məğlub edib, sonra isə Nenada Zuqaja (Xorvatiya) qalib gəlib. Bu qələbələr ona olimpiya lisenziyası gətirib. Yarışdan sonra məlum olub ki, idmançımız zədə alıb və üçüncü yer uğrunda mübarizə apara bilməyib.

Xatırladaq ki, bir gün əvvəl London olimpiyadasına güləş üzrə ilk olimpiya lisenziyasını Rövşən Bayramov (55 kiloqram) qazanıb.

Beləliklə Azərbaycan idmançıları indiyədək 2012-ci ildə Londonda keçiriləcək Olimpiadaya 11 lisenziya qazanıblar. Həmin idmançılar bunlardır:

Gürzatan Dmitri Marşin, taekvondoçular Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçu Soltan Migitinov (75 kq), atıcı İradə Aşumova (kiçikçaplı tapança), avarçəkənlər cütlüyü Sergey Bezuqlıy - Maksim Prokopenko (kanoe, 1000 metr) və tək avarçəkənlər Valentin Demyanenko (kanoe, 200 metr), Natalya Mustafayeva (akademik avarçəkmə, 2000 metr),  Rövşən Bayramov (yunan-roma güləşi, 55 kq), Saman Təhmasibi (84 yunan-roma güləşi, 84 kq).

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər