Modern.az

Təhsil naziri postuna daha bir namizədin adı çəkilir

Təhsil naziri postuna daha bir namizədin adı çəkilir

Ölkə

17 Sentyabr 2011, 20:58

Ölkə başçısının sərəncamı ilə hər üç müavini işdən çıxarılan təhsil naziri Misir Mərdanovun son günlər görünməməsi müxtəlif şayiələrə rəvac verib. Ölkə mediası nazirin səhhətində problemlərin yarandığı, onun da tezliklə vəzifəsindən çıxarılacağı və digər bu kimi qeyri-rəsmi məlumatlar yaymaqdadır.

Hələki sabiq nazir müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynovanın işdən çıxarılma səbəbləri barədə rəsmi açıqlama verilmir.

Nazir Misir Mərdanovun da vəzifəsində qalıb-qalmayacağının dəqiq bilinmədiyi, onun vəziyyətinin yaxşı olmadığı, oktyabrın 3-də 65 yaşı tamam olduqdan sonra işdən çıxarılacağı xəbərləri yayılıb. Bu arada mediada yeni təhsil naziri olamağa namizədlərin adları hallandırılır. Bu posta namizəd kimi İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın adı çəkilir.

Modern.az saytına verilən məlumata görə, təhsil naziri Misir Mərdanov vəzifədən çıxarılacağı təqdirdə onun yerinə real namizəd olan şəxslərdən biri də Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadədir. Bildirilir ki, M.Abbaszadə özünün yaxşı işi ilə ölkə rəhbərliyinin yanında nümunəvi kadrlardan biri hesab olunur. Məlumata görə, TQDK-ya nöqsanlardan uzaq bir qurum olaraq ictimaiyyət tərəfindən də müsbət münasibət bəslənilməsi ölkə rəhbərliyinin diqqətindən kənarda deyil.
Bu səbəndən də komissiya sədrinin nazir postuna irəli çəkiləcəyi ehtimalının daha böyük olduğu qeyd edilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər