Modern.az

Artur Rasizadə Samir Şərifovun işini bəyəndi

Artur Rasizadə Samir Şərifovun işini bəyəndi

Ölkə

23 Sentyabr 2011, 12:22

Xəbər verdiyimiz kimi, sentyabrın 21-də Baş nazir Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Maliyyə Nazirliyinin təqdim etdiyi 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, Azərbaycan Respublikasının 2012-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bu gün verilən məlumata görə, Baş nazir Artur Rasizadə Azərbaycan Respublikasının 2012-ci il üzrə dövlət büdcəsinin

və icmal  büdcənin   layihələri  və  sonrakı  üç il  üçün   icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2012-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar imzalayıb.

Nazirlər Kabinetinin bu qərarında bildirlib ki, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırladığı «Azərbaycan Respublikasının 2012-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri» və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təqdim etdiyi «Azərbaycan Respublikasının 2012-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri» bəyənilsin”.

Qərara əsasən, bu sənədlər və «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Qeyd edək ki, 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon 400 min manat təşkil edir. Xərclər hissəsi isə 16 milyard 984 milyon 400 min manat proqnozlaşdırılıb. Ümumi daxili məhsul (ÜDM) 43,5 milyard manat həcmində nəzərdə tutulur. 2012-ci il üçün ÜDM-in real artım tempi 5,7 faiz, onun qeyri-neft sektoruna aid hissəsi 8,6 faiz, neftin bir barrelinin dünya bazar qiyməti 80 dollar, inflyasiyanın səviyyəsi isə 6 faiz həcmində nəzərdə tutulur.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər