Bu gün Səbail Rayon Məhkəməsində müxalifətin 2 aprel aksiyasına görə cinayət məsuliyyətinə alınmış Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı, partiyanın gənclər komitəsnin sədri Tural Abbaslı, AXCP sərdinin müavini Fuad Qəhrəmanlı və AXCP ictimai əlaqlər şöbəsnin müdiri Məhəmməd Məcidlinin məhkəməsi davam edir.
Modern.az saytının məlumatına görə, bugünkü prosesdə AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərin ifadə verir. Xatırladaq ki, hər iki partiya liderinin şahid qismində ifadə verməsi ilə bağlı məhkəmənin ötən iclasında vəkillərin vəsatətini hakim təmin etmişdi.
Məhkəmədə ifadə verən İsa Qəmbər deyib ki, qarşıdan Azərbaycan müstəqilliyinin 20 illiyi gəlir və bu il Müsavat partiyasının 100 illik yubileyidir, əgər həbs olunan müxalifətçilər yubileyi evlərində qeyd etməsələr, o, bunu hakimiyyətə bağışlamayacaq.
Məhkəmə prosesini sifarişli adlandıran İsa Qəmbər mitinqin məsuliyyətini də öz üzərinə götürüb:
«2 aprel mitinqinin mütləq bir təşkilatçısı, mitinqin məsuliyyətini öz üzərinə götürəcək bir şəxs varsa, hesab edin ki, o, mənəm. Mən, İsa Qəmbər 2 aprel mitinqinin keçirilməsinin məsuliyyətini öz üzərimə götürməyə hazıram».
İsa Qəmbər deyib ki, izlədiyi videogörüntülərdən 2 aprel mitinqində zorakılığın həbsdə olanlar tərəfindən yox, polis tərəfindən baş verdiyinin şahidi olub. Ancaq istintaq orqanı əmlaklara əsl zərər vuranları gizlədərək İctimai Palatanın üzvlərini həbs ediblər.
AXCP sədri Əli Kərimli isə deyib ki, İctimai Palata hakimiyyətə qarşı bir sıra tələblər irəli sürüb. Hakimiyyətdən tələblərə reaksiya olmayınca, İctimai Palata bu tələbləri kütləvi aksiyalar vasitəsilə səsləndirmək qərarına gəlib:
«Hakimiyyət də bu mitinqdən müxalifətə qarşı repressiya kimi istifadə etdi».