Modern.az

Medvedev Putini prezident görmək istəyir

Medvedev Putini prezident görmək istəyir

Ölkə

24 Sentyabr 2011, 21:20

Rusiya prezidenti Dmitri Medvedev 2012-ci ildə keçiriləcək prezident seçkisində baş nazir Vladimir Putinin namizədliyini dəstəkləyəcək. Medvedev bu barədə «Vahid Rusiya» Partiyasının qurultayında 11 min nümayəndə qarşısında bəyan edib.

Baş nazir Vladimir Putin artıq namizədliyinə razılıq verib. 

Dmitri Medvedevə isə seçkilərdən sonra baş nazir postu təklif olunur.

Rusiyada prezident seçkisi 2012-ci il martın 4-də keçiriləcək.

Vladimir Putin 2000-2008-ci illərdə prezident postunu tutub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər