Modern.az

Polad Bülbüloğlu: “Bakıda 30 minə yaxın erməni yaşayır"

Polad Bülbüloğlu: “Bakıda 30 minə yaxın erməni yaşayır

Ölkə

27 Sentyabr 2011, 12:59

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda erməni milliyətindən olan şəxslərin yaşamasına dair jurnalistlərə açıqlama verib.

“Ziyalıların Dağlıq Qarabağa səfər etməsi asan məsələ deyil. Son zamanlar bəzi çıxışlarla bağlı vəziyyət yenidən gərginləşib”. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan qonşudur, Ermənistanda xalq da, millət də var. Onların arasında ziyalılar da var. Təbii ki, bu konflikt nə vaxtsa qurtaracaq və biz bir yerdə yaşamalı olacağıq. Bu gün də Bakıda 30 minə yaxın erməni yaşayır. Demək ki, bir yerdə yaşamaq mümkündür”.

P. Bülbüloğlu qeyd edib ki, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunması üçün əlindən gələni edir: “Bunu qarşı tərəfə də izah etmək lazımdır. Yaradıcı insanlarla, ziyalılarla görüşüb bizim mövqeyimizi izah etmək lazımdır. Ona görə də bu görüşlər təşkil olunur. Ermənistanda olarkən çalışırıq ki, Azərbaycanın bu fikrini erməni ictimaiyyətinə çatdıraq”.

Səfir yaxın zamanlarda Ermənistana belə səfərin planlaşdırılmadığını deyib.

Modern.az saytı Bakıda yaşayan və vəzifə tutan ermənilərlə bağlı mövzuya dəfələrlə toxunub. Bundan öncə bir neçə araşdırma ilə çıxış etməyimiz bəzilərinin xoşuna gəlməmiş, saytımıza hədələyici elektron məktublar, yazılara təhqiredici şərhlər göncərilmişdi. 
Səfir Polad Bülbüloğlu bu açıqlaması Bakıda ermənilərin yaşadığını növbəti dəfə rəsmən təsdiqlədi. Bəli, Azərbaycanda ermənilər təkcə işğal altındakı Dağlıq Qarabağ ərazisində yaşamırlar.  Araşdırmalara görə, hazırda Dağlıq Qarabağ istisna olmaqla, ermənilərin Azərbaycan ərazisində ən çox yaşadığı ərazi Bakı şəhəridir. Bakı şəhərində 30 min erməninin yaşadığını Polad Bülbüloğludan əvvəl də Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları da müxtəlif vaxtlarda beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə qeyd ediblər.

Araşdırmalar göstərir ki, Bakıda yaşayan ermənilərin böyük bir hissəsi azərbaycanlıların həyat yoldaşları, onların ailə üzvləri, qohumlarıdır. Digər hissəsi ad və soyadlarını dəyişib ruslar, yəhudilər kimi yaşayırlar. Dini və etnik mənsubiyyətlərinə görə heç bir problemlə üzləşməyən Bakı ermənilərinin hazırda hətta dövlət orqanlarında müxtəlif vəzifələr tutduğu da heç çimə sirr deyil. 

Azərbaycanda əhalinin sonuncu siyahıya alınması zamanı (bu siyahıyaalınma 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilib) zamanı bəzi göstəricilər dəqiqləşdirilərkən, milli tərkib də müəyyənləşib. Modern.az saytı Dövlət Statistika Komitəsinə Dağlıq Qarabağdan kənarda, o cümlədən Bakıda nə qədər erməninin yaşadığı barədə sorğu ilə də müraciət etmişdi.
Lakin əhalinin milli tərkibi ilə bağlı sorğumuzu cavablandıran Dövlət Statistika Komitəsindən Dağlıq Qarabağdan kənarda, o cümlədən Bakıda nə qədər erməninin yaşadığı barədə məlumat verilməyib. Yalnız o qeyd edilib ki, Azərbaycanda yaşayan ermənilərin sayı 1999-cu ildəki siyahıyaalınmanın nəticəsinə uyğun götürülüb və bu rəqəm 120 min 300 nəfərdir.

Bəs Bakıda yaşayanlar...?

Belə görünür ki, hazırda Bakıda yaşayan ermənilər əhalinin sonuncu siyahıyaalınması zamanı milliyətlərini gizlədiblər və siyahıya başqa milli mənsubiyyətlə daxil olublar. Məsələn, ya azərbaycanlılar, ya ruslar, ya yəhudilər, ya da da başqa millətlər kimi...  
Axı siyahıyaalınma zamanı əhalidən hansı milliyətdən olduğu soruşularkən sorğu olunanlar könüllü olaraq hansı milliyətdən olduğunu bildiriblər. 

Bu isə təbii ki, həmişə biclik və hiylə nümayiş etdirən ermənilərə yaxşıca imkan yaradıb ki, milliyətlərini gizlətsinlər... 

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları müxtəlif vaxtlarda, müxtəlif tribunalardan aramızda kifayət qədər erməninin yaşadığını bildiriblər.

Hazırda aramızda yaşayan Bakı erməniləri ilə bağlı onu da qeyd etmək lazımdır ki, onlar bir çox hallarda heç nədən çəkinmədən alnıaçıq gəzməyi, milliyətlərini gizlətməməyi də bacarır, hətta Bakıda məhkəmələrdən öz xeyirlərinə qərarlar da çıxartdıra bilirlər.

Bakıda yaşayan ermənilər dəfələrlə məhkəmələrdə mülk iddiaları da qaldırıblar və təəssüf ki, bir sıra hallarda məhkəmələr nəyinsə müabilində, kiminsə təzyiqi ilə onların xeyrinə qərarlar çıxarıb...

Bəzi ekspertlər deyirlər ki, Azərbaycan hökuməti Bakıda qohumlarının qanadları altında gizlənib özlərini rahat hiss edən və səsləri çıxmayan erməniləri danışdırmalıdır. Onlar beynəlxalq təşkilatlara bildirməlidir ki, burada rahat yaşayırlar heç bir sıxıntıları yoxdur...

Aşağıda Dövlət Statistika Komitəsinin 1999-cu ildəki siyahıya alınması zamanı Azərbaycanda yaşayan ermənilərlə bağlı qeydə alınan statistikanı diqqətinizə çatdırırıq. Şübhəsiz bu statistika reallığı tam əks elətdirmir...

 

1999-cu ilin siyahıyaalınmasına görə

Yaşayış məntəqəsi

Ermənilərin sayı (nəfər)

Bakı şəhəri

378

Sumqayıt şəhəri 

21

Şirvan şəhəri 

1

Gəncə şəhəri 

32

Mingəçevir şəhəri 

5

Naxçıvan MR

17

Abşeron rayonu

7

Ağcabədi rayonu

2

Ağstafa rayonu

7

Balakən rayonu

3

Bərdə rayonu

6

Beyləqan rayonu

7

Cəlilabad rayonu

1

Daşkəsən rayonu

6

Şabran rayonu

1

Gədəbəy rayonu

7

Goranboy rayonu

8

Göyçay rayonu

3

İmişli rayonu

1

İsmayıllı rayonu

5

Kürdəmir rayonu

2

Lənkəran rayonu

5

Masallı rayonu

3

Neftçala rayonu

1

Oğuz rayonu

5

Qax rayonu

5

Qazax rayonu

7

Qəbələ rayonu

7

Quba rayonu

7

Qusar rayonu

3

Saatlı rayonu

1

Sabirabad rayonu

1

Salyan rayonu

2

Şamaxı rayonu

4

Samux rayonu

4

Şəki rayonu

7

Şəmkir rayonu

22

Siyəzən rayonu

1

Tovuz rayonu

18

Ucar rayonu

3

Xaçmaz rayonu

10

Göygöl rayonu

8

Yevlax rayonu

6

Zaqatala rayonu

1

Ağdam rayonu

2

Xankəndi şəhəri 

43500

Kəlbəcər rayonu (keçmiş Ağdərə
rayonunun ərazisinin bir hissəsi də daxildir)

9794

Şuşa rayonu

1140

Tərtər rayonu (keçmiş Ağdərə
rayonunun ərazisinin bir hissəsi də daxildir)

23056

Xocalı rayonu

12929

Xocavənd rayonu

29593

Bütün ölkə üzrə

120,745


Əfqan Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər