Modern.az

Misir Mərdanovun ad günüdür, nazir 65 yaşına çatdı

Misir Mərdanovun ad günüdür, nazir 65 yaşına çatdı

Ölkə

3 Oktyabr 2011, 08:58

Son vaxtlar adı ətrafında müxtəlif fikirlər səsləndirilən Azərbaycanın təhsil naziri Misir Mərdanovun bu gün ad günüdür, o, 65 yaşını tamam edib.
Modern.az-ın məlumatına görə, Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib, həmən il Azərbayca Dövlət Universitetinə (ADU) daxil olub. 1969-cu ildə universitetin mexanika-riyaziyyat fakültəsini bitirib.

M.Mərdanov 1970-1972-ci illərdə ADU-nun aspirantı olub. 1973-cü ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.

1971-ci ildən 1989-cu ilədək ADU-nun mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifələrində çalışıb.

1989-1992-ci illərdə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyib.

1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə universitetin rektoru olub.

1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışır. Ailəlidir 3 övladı var.
Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən “Əməkdar elm xadimi” fəxri adına, 2006-cı ildə isə "Şöhrət" ordeninə
layiq görülüb.

15-dən artıq kitabın, 100-dən çox elmi məqalənin müəllifidir.

Yeni Azərbaycan Partiyasının Siyasi şurasının və İdarə heyətinin üzvüdür.

Misir Mərdanov 13 ildir Azərbaycanın təhsil naziri postunu tutur. Bu il sentyabrın 14-də ölkə başçısının müvafiq sərəncamları ilə təhsil nazirinin müavini postunu tutan İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova işdən çıxarılandan sonra ictimaiyyət arasında belə fikirlər yayılıb ki, Misir Mərdanovun özü də tezliklə istefaya göndəriləcək.

Amma bu informasiyalar hələki şayiə xarakteri daşıyır və təhsil naziri öz postunda qalır…

Bir müddət bundan öncə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddi 65 yaş müəyyənləşdirilib. Bununla əlaqədar yayılan bəzi xəbərlərdə qeyd olunur ki, təhsil naziri 65 yaşını tamam edəndən sonra istefaya göndəriləcək. Misir Mərdanovun özü isə bildirib ki, o bir nazir olaraq heç də əvəzolunmaz kadr deyil.
"Hesab etmirəm ki, əvəzolunmaz adamam”-deyən təhsil naziri kiminsə vəzifəsindən getməsini özü faciə saymağı düzgün qəbul etmədiyini vurğulayıb.

Bu arada mediada yeni təhsil naziri olamağa namizədlərin adları hallandırılır. Bu posta namizəd kimi İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın, Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadənin adları hallandırılır.

Bütün hallarda hər şey ölkə başçısından asılıdır, o, indiki təhsil nazirini vəzifədən çıxara da, postunda saxlaya da bilər...

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər