Modern.az

Təhsil naziri yeni təyinata imza atıb

Təhsil naziri yeni təyinata imza atıb

Ölkə

6 Oktyabr 2011, 12:56

Təhsil Nazirliyinin Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri vəzifəsinə yeni təyinat gerçəkləşib. Modern.az xəbər verir ki, nazir Misir Mərdanovun əmri ilə bu vəzifəyə Tamella Əliyeva təyin olunub. Təhsil Nazirliyindən verilən məlumata görə, T.Əliyeva bunadək Tibb Universitetində xarici tələbələrlə iş üzrə dekan vəzifəsində çalışıb.

Nazirliyin Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin əvvəlki müdiri Qulu Novruzov sentyabrın əvvəlində nazir müavini təyin olunub.
Təhsil nazirinin müavinləri İradə Hüseynova, Elmar Qasımov və İsgəndər İsgəndərov sentyabrın əvvəlində Prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunublar. Hələlik nazirlikdə iki müavin yeri boşdur.

 Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər