Modern.az

Azərbaycan 2012-ci ildə elm sahəsinə 122,6 milyon manat xərcləyəcək

Azərbaycan 2012-ci ildə elm sahəsinə 122,6 milyon manat xərcləyəcək

Ölkə

11 Oktyabr 2011, 11:09

Növbəti ildə elm xərclərinə 122,6 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Modern.az saytı bu barədə 2012-ci ilin dövlət büdcəsi layihəsinə istinadən xəbər verir. Bu o deməkdir ki, gələn il elm xərclərinə ayrılacaq vəsatin həcmi 2011-ci illə müqayisədə 2011-ci illə müqayisədə 8 milyon manat və yaxud 7 faiz çoxdur.
Həmin xərclər fundemental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönələcək.
2012-ci ildə elm xərclərində elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsi ilə həyata keçirilməsi üçün 7 milyon manat, latın qrafikalı kitabların çap edilməsinə 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmirinə 3 molyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 3 milyon manat və digər tədbirlərin həyata keçirilməsinə vəsait nəzərdə tutulub.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər