Modern.az

2012-ci ilin səhiyyə xərcləri – büdcə layihəsindən çıxarış

2012-ci ilin səhiyyə xərcləri – büdcə layihəsindən çıxarış

11 Oktyabr 2011, 15:54

2012-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 595,1 mln. manat məbləğində nəzərə alınıb. Modern.az xəbər verir ki, 2012-ci ildə büdcənin səhiyyə xərclərinin 2011-ci illə müqayisədə 5,7 faiz (31,9 mln. manat) artması proqnozlaşdırılıb.

Səhiyyə xərcləri üçün ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,5 faiz səviyyəsində olacaq.
2012-ci il dövlət büdcəsinin vəsaiti hesabına səhiyyə sahəsi üzrə aşağıdakı dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi təmin ediləcək:

- icbari tibbi sığortanın tətbiqinə 30,1 mln. manat,

- xroniki böyrək çatışmazlığı üzrə tədbirlərə  23,5 mln. manat (2011-ci illə müqayisədə 1,8 mln. manat və ya 8,2 faiz çox),

 - hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə tədbirlərə 20,6 mln. manat (2011-ci illə müqayisədə 4,6 mln. manat və ya 28,7 faiz çox),

- onkoloji xəstələrin şiş əleyhinə əsas  preparatlarla təminatına 14,5 mln. manat

 (2011-ci illə müqayisədə 0,2 mln. manat və ya 1,2 faiz çox),

-  “Şəkərli diabet üzrə Dövlət Proqramı”na 12,2 mln. manat (2011-ci illə müqayisədə 0,5 mln. manat və ya 4,3 faiz çox),

- maddi-texniki təminatının möhkəmləndirilməsi üçün 10,3 milyon manat,

- yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərə 4,5 mln. manat (2011-ci illə müqayisədə 0,1 mln. manat və ya 2,6 faiz çox),

- vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsi üçün 3,5 mln. manat (2011-ci illə müqayisədə 0,5 mln. manat və ya 16,7 faiz çox),

- Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunlamübarizəyə 3,0 mln. manat,

- ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlərə 2,0 mln. manat,

- qanın və qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,5 mln. manat,

- səhiyyə müəssisələrinin yenidənqurulması və əsaslı təmirinə 3,0 mln. manat,

-  digər proqramların və tədbirlərin maliyyələşdirilməsinə vəsait nəzərdə tutulub.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər