Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bugünkü iclasında deputat İqbal Ağazadə bəzi təkliflərlə çıxış edib: “Mən çox istərdim ki, ölkədə vətəndaş sülhü və barış cəmiyyəti yaratmaqla Azərbaycan ərazilərini işğaldan azad edək. Çox istərdim ki, 1991-ci ildə müstəqillikdə rolu olanlara “İstiqlal” ordeni verilsin, bütün problemləri bir masa arxasında çözə biləcək iqtidar-müxalifət birliyi yaransın”.
İ.Ağazadə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili M. Əliyevadan xahiş edib ki, həbsdə olanlara amnistiya verilməsi təklifi ilə çıxış etsin: “Arif Hacılı, Bəxtiyar Hacıyev və Cabbar Savalan daxil olmaqla siyasi məhbuslar həbsdən azad olunsun”.
Modern.az