Modern.az

Arif Rəhimzadə: “Müxalifət 43 nəfərdən qəhrəman düzəldib”

Arif Rəhimzadə: “Müxalifət 43 nəfərdən qəhrəman düzəldib”

Ölkə

19 Oktyabr 2011, 12:25

Milli Məclisin dünənki xüsusi iclasında Azərbaycanın dövlət müstəqillyinin bərpası ilə bağlı müzakirələr cəmiyyətdə birmənalı qarşılanmır. Parlamendə isə hesab edirlər ki, 1991-ci ildə Azərbaycanın SSRİ tərkibində qalmasına etiraz olaraq imza vermiş 43 deputatla bağlı məsələ anlaşılmazlıq yaradıb.

Milli Məclisin komitə sədri, 1991-ci ildə “43-lər”dən fərqli mövqe nümayiş etdirən Arif Rəhimzadə Modern.az saytına bildirib ki, 1991-ci ilin martında keçmiş Ali Sovet SSRİ-nin saxlanılıb-saxlanılmamsı məsələsi ilə bağlı qərar verməli idi.
“Məsələ ya Ali Sovetdə, ya da referendumda həllini tapmalı idi. O zaman 43 deputat referendumun əleyhinə imza atdı.

Mən isə əksinə olaraq referendum keçirilməsini, məsələyə xalqın münasibət göstərməsinin tərəfdarıydım.

Çünki ondan əvvəl Ali Sovet rəhbərliyinin ümumulli liderimiz Heydər Əliyevə hörmətsizliyi məndə o zamankı rəhbərliyə ümidsizlik yaratdı. Ona görə referenduma üstünlük verdim.

İndi müxalifət bu 43 nəfərdən qəhraman düzəldir. Məncə, bu, düzgün deyil. Çünki orada söhbət müstəqillikdən getmirdi”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?