Modern.az

Misir Mərdanovdan təhsildəki nöqsanlara dair etiraf

Misir Mərdanovdan təhsildəki nöqsanlara dair etiraf

Ölkə

19 Oktyabr 2011, 13:57

Təhsil naziri Misir Mərdanov təhsil sahəsindəki bəzi problemlərə münasibət bildirib.
“Azərbaycanın hər yerində saxta diplomlu müəllimlər var.  Təəssüf ki, bu gün bu hal mövcuddur. Amma saxta diplomla heç kim işləyə bilməz”. 
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir saxta diplomla işləyənlərə qarşı mübarizənin davam etdiriləcəyini qeyd edib: “Demək olar ki, hər gün saxta diplomlu müəllimlər aşkarlanır. İndidən bununla bağlı rəqəm demək mümkün deyil. Mən indi bu rəqəmi açıqlamaqda çətinlik çəkirəm”.

M.Mərdanov Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi Allahverdi Dəmirovun və bir neçə məsul əməkdaşın işdən çıxarılmasına münasibət bildirib.

“Təhsil Nazirliyinin tabeliyində olan məktəblərin tikintisi və əsaslı təmiri zamanı yol verilən nöqsanların araşdırılması ilə bağlı yoxlamalar artıq başa çatıb”.

“Bizə təqdimat verildi. Biz də bununla bağlı müvafiq qərar qəbul etdik və qərarı mətbuata açıqladıq”, - deyə nazir bildirib.

M. Mərdanov müvafiq sənədləri Baş Prokurorluğa da təqdim etdiklərini bildirib.

Nazir onu bildirib ki, Azərbaycanda 65 yaşı tamam olmuş orta məktəb müəllimlərinin təqaüdə göndərilməsindən sonra iri şəhərlərdə, rayon mərkəzilərinə, əhalin çox məskunlaşdığı qəsəbələrdə kadr çatışmazlığı problemi yaranmayıb.

Amma o, ucqar kəndlərdə, dağlıq yerlərdə bununla bağlı problemlər olduğunu qeyd edib: “Bunu da həll etməyə çalışırıq”. 

Misir Mərdanov jurnalistlərə açıqlamasında onu da deyib ki, Azərbaycanda müəllimlərin 80 faizi qadındır. Nazir bildirib ki, tarixən tək Azərbaycanda yox, dünyanın əksər ölkələrində qadın müəllimlər çoxluq təşkil edir:
“Mən buna təbii baxıram. Qadın eyni zamanda anadır. Ailədə uşağın tərbiyəsi ilə də qadın məşğul olur. Əlbəttə, həyatda kişi və qadın bir olanda həyat daha gözəl olur. Qadın və kişi təklikdə olanda inkişafın stimulu olmur. Bizim reallıq ondan ibarətdir ki, qadınlar kişilərə nisbətən təhsil sahəsində daha çoxdurlar. Bu baxımdan prosesin tənzimlənməsi o qədər də asan deyil. Təbii ki, kişilər də müəllim olsalar, daha yaxşı olar".

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər