Modern.az

Azərbaycan Xarici İşlər Nazirliyi: “Ermənilər kirli niyyətlərindən əl çəkmirlər”

Azərbaycan Xarici İşlər Nazirliyi: “Ermənilər kirli niyyətlərindən əl çəkmirlər”

Ölkə

25 Oktyabr 2011, 15:44

Diplomatik mənbənin Modern.az-a verdiyi məlumata görə,  Ermənistanın bütün xarici ölkələrdəki səfirliklərində  Dağlıq Qarabağla bağlı xüsusi şöbə yaradılıb. Məqsəd işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qurulan separatçı rejimin beynəlxalq aləm tərəfindən tanınmasına nail olmaqdır.

Modern.az saytı  məsələ ilə  bağlı Xarici İşlər Nazirliyinin (XİN) mövqeyini  öyrənib. XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, Ermənistan höküməti kirli niyyətdən əl çəkmir, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayır.

“Azərbaycan diplomatiyasının məqsədləri isə öz növbəsində bu münaqişə haqqında həqiqətlərin, işğala dair faktların, qaçqın və məcbüri köçkünlər barəsində xəbərlərin dünya ictimaiyyətinə çatdırılmasına yönəlib. Ermənilər hər zaman olduğu kimi, indi də dünya ictimaiyyətinin mövqeyini, rəyini çaşdırmağa çalışır və düzgün olmayan məlumatlar verir.  Amma Azərbaycan diplomatiyası da bunun qarşısının alınması üçün bütün tədbirlərini görür”-deyə XİN rəsmisi bildirib.

E.Abdullayev onu da bildirib ki, Azərbaycan XİN-i mütəmadi olaraq səfirliklər, icamalar vasitəsi ilə Dağlıq Qarabağ  haqqında məlumatları xarici ölkələrə yayır. O, Azərbaycanın xarici ölkələrdə 71 diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyibni xatırladıb. Bildirib ki, Azərbaycan xaricdəki diplomatik təmsilçiliyinin sayı artırmaq istiqamətində çalışır.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər