Modern.az

Təhsil nazirinin müavini postuna yeni namizəd

Təhsil nazirinin müavini postuna yeni namizəd

Ölkə

25 Oktyabr 2011, 16:07

Təhsil nazirinin sabiq müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynovanın tutduqları vəzifələrdən azad edilməsindən bir aydan artıq vaxt ötsə də, onlardan ikisinin yerinə yeni kadr təyin olunmayıb.
Hazırda nazir Misir Mərdanovun bir müavini var, o da bu vəzifəyə yeni gətirilən Qulu Novruzovdur.

Modern.az saytına daxil olan məlumata görə, təhsil nazirinin müavini postuna daha namizəd müəyyənləşdirilib. Həmin şəxsin hazırda Təhsil Nazirliyində İqtisadiyyat şöbəsinin müdiri vəsifəsində işləyən Şahrza Əliyev olduğu bildirilir. Hökumətdəki mənbədən verilən məlumata görə, Ş.Əliyev Təhsil Nazirliyində Misir Mərdanova yaxınlığı ilə seçilən kadrlardan biri sayılır.

Onun nazilikdə İqtisadiyyat şöbəsinə müdir gətirilməsi də M.Mərdanovun təşəbbüsü ilə baş tutub. Ş.Əliyevin təqdimatının indi də nazir müavinliyinə irəli sürülməsinin təşəbbüskarı yenə M.Mərdanovdur. Amma onu həmin vəzifəyə təsdiqləmək Prezidentin səlahiyyətində olduğundan Ş.Əliyevin nazir müavinliyinə gətirilib-gətirilməyəcəyi dəqiq deyil.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər