Modern.az

Azərbaycanda erməni vandallığının şahidləri çürüyür

Azərbaycanda erməni vandallığının şahidləri çürüyür

Ölkə

27 Oktyabr 2011, 13:00

Quba soyqırımı məzarlığının məhv olması təhlükəsi var və məzarlıqdakı sümüklərin çürüməsi prosesi hazırda sürətlə gedir. Bu sözləri Modern.az saytına AMEA-nın Arxeologiya və Etnoqrafiya  İnstitunun Quba Ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev bildirib.

Onun sözlərinə görə, sümüklərin çürüməsi prosesi hazırda sürətlə gedir. Buna səbəb isə ərazidə olan iqlim şəraitidir: “Məzarlığın ətrafını bağlamağa çalışırıq  ki, ərazidə hava eyni dərəcədə qalsın və çürümə prosesi azalsın”.  

Məzarlığı yay ayına kimi sellofan örtüklə örtərək saxlamaq niyyətində olduqlarını deyən Q.Ağayev yaydan sonra məzarlıqda vəziyyərin necə olacağından narahatdır.  

Q.Ağavey bildirib ki, Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilən 7 min sümüyün dərmanlanması prosesi artıq başa çatıb: “Onlar nömrə ilə götürülüb, sonra muzey işləri başa çatandan sonra gətirib nömrə ilə yerinə qoyacağıq. Amma yerdə qalan sümükləri götürmək mümkün deyil, ona görə də onlar yerində dərmanlanmalıdır. Bunu dəfələrlə demişəm, yenə də deyirəm. Ərazidə çürümə prosesi gedir və bunun qarşısı alınmalıdır. Ancaq iki ildir bu məsələ gündəmdədir. Heç kim hər hansı bir tədbir görmür. Kim dərmanlayacaq bu sümükləri, bilmirəm”.

Qeyd edək ki, Quba məzarlığında muzey kopleksinin tikintisinin gələn ilin mart ayına kimi yekunlaşacağı planlaşdırılır.

Sədaqət SÜLEYMANOVA

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər