Modern.az

Təhsil naziri saxta diplomlu müəllimlərin yeni sayını açıqlayıb

Təhsil naziri saxta diplomlu müəllimlərin yeni sayını açıqlayıb

Ölkə

28 Oktyabr 2011, 13:13

Təhsil Nazirliyinin təşkilatçılığı ilə bu gün Azərbaycan Müəllimlər İnstitutunda  “Müəllim hazırlığının müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Modern.az xəbər verir ki, konfransda müəllim hazırlığı sahəsində yeni təlim texnologiyalarının tətbiqinin əhəmiyyəti, əldə edilən uğurlar və bu sahədə dünya təcrübəsində əldə edilən  nailiyyətlərdən istifadə problemləri müzakirə olunur. Konfransa Fransanın, Pakistanın, Gürcüstanın, Rusiyanın, Belarus, Ukraynanın, Türkiyənin, Misirin tanınmış elm adamları, alimləri qatılıb. 

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, iki gün ərzində keçiriləcək konfransda müəllim hazırlığı, müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi ilə bağlı müasir tendensiyalar, problemlər araşdırılacaq və gələcək perspektivlər müəyyənləşdiriləcək.

 “Bu, çox vacib bir tədbirdir. Çünki bu gün Azərbaycanda işləyən 200 mindən çox müəllimin təkmilləşməsinə, yenidən hazırlanmasına çox böyük ehtiyac var. Ən əsası odur ki, biz bu işi hansı yolla aparmalıyıq. Biz digər dövlətlərin təcrübəsi ilə tanış olub, Azərbaycanın mentalitetinə və təhsil ənənələrinə uyğun bir sistem qurmaq fikrindəyik. Hər il Azərbaycanın ali məktəblərini on minlərlə müəllim qurtarır. Bu müəllimlər Azərbaycanın bölgələrinə, rayonlarına işləməyə göndərilir. Onların hazırlığı da bizim diqqət mərkəzində olmalıdır. Bu istiqamətdə də konfransda fikir mübadiləsi aparılacaq”. 

M. Mərdanov qeyd edib ki, ölkədə müəllim hazırlılğı ilə bağlı çoxlu işlərin görülməsinə ehtiyac var. O, ölkə prezidentinin rəhbərliyi ilə bu sahədə çox ciddi adddımlar atıldığını da vurğulaylb.

Nazirin sözlərinə görə, son illərdə ibtidai sinif müəllimlərinin hazırlığı ilə bağlı çox ciddi işlər görülüb. Təhsilin həmin pilləsinin dövlət standartları, kurrikulumları və yeni fənləri hazırlanıb qəbul olunub.

“4 ildir ki, biz pilot olaraq seçilэт 3 universitetdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Universitetində bununla bağlı iş aparırırq. Dünyada bu sahədə təcrübəni öyrənmək üçün ekspertləri ezam eləmişik. Ölkədə bununla bağlı “Təhsilin əsasları” adlı yeni elektron dərs vəsaitləri hazırlanıb. Hazırda ekspertlər bu dərsliyi qiymətləndirməklə məşğuldurlar. Gələn dərs ilinin əvvəlindən bu vəsaitdən dərslik kimi istifadə ediləcək”. 

Misir Mərdənov saxta diplomla işləyən müəllimlərin aşkarlanmasına da münsaibət bildirib. O qeyd edib ki, indiyə qədər Azərbaycanda saxta diplomla işləyən 300-dən çox müəllim aşkarlanıb və onlarla bağlı sənədlər müvafiq orqanlara təqdim edilib.

O, bu prosesin davam etdiriləcəyini də vurğulayıb. Misir Mərdənov eyni zamanda qanunsuz fəaliyyət göstərən universitetlər məsələsinə də toxunaraq bildirib ki: “müstəqilliyin ilk illərində ölkədə yaranan siyasi dayanıqsızlıq şəraitində 100-dən çox universitet yaranmışdı. Biz indi-indi onların sayını minimuma endirmişik. İşbaz adamların yaramaz əməlləri nəticəsində belə hallar baş verib. Biz indi cəmiyyətimizi və təhsilimizi saxta diplomla işləyən adamlardan təmizləməliyik”.

Onun sözlərinə görə bu ağır, çətin və mürəkkəb proses olsa da, bu iş uğurla sona çatdırılacaq: “Çünki ölkə ictimaiyyəti bunu bizdən tələb edir. Ölkə prezidenti qarşımıza çox ciddi tələb qoyub. Bunun öhdəsindən gəlmək üçün əlimizdən gələni edəcəyik”. 

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər