Modern.az

Siyavuş Novruzov: "Artıq YAP-ın 2013-cü ildəki seçkilərdə prezidentliyə namizədlə bağlı yekdil qərarı var"

Siyavuş Novruzov: "Artıq YAP-ın 2013-cü ildəki seçkilərdə prezidentliyə namizədlə bağlı yekdil qərarı var"

Ölkə

28 Oktyabr 2011, 13:38

Hakim Yeni Azərbaycan Partiyası icra katibuinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Modern.az saytına açıqlamasında təmsil etdiyi siyasi qurumun 2013-cü ildə keçiriləcək prezident seçkilərindəki namizədiylə bağllı yekdil rəyə gəldiyini vurğulayıb. S.Novruzov YAP sədrinin müavini - icra katibi Əli Əhmədovun prezident İlham Əliyevin 2013-cü ildəki seçkilərdə yenidən namizəd olacağı ilə bağlı açıqlamasına da münasibət bildirib.

Əməkdaşımızla söhbətində Siyavuş Novruzov Əli Əhmədovun fikirlərini dəstəkləyərək deyib ki, YAP-ın icra katibi hakim partiyanın 560 mindən çox üzvünün istəyini ifadə edib.

Deputatın sözlərinə görə, YAP-ın yekdil mövqeyi belədir ki, 2013-cü ildə keçirləcək  prezident seçkilərində İlham Əliyev vahid namizəd olacaq və bununla bağlı qərar dəyişməyəcək.

“Bu Yeni Azərbaycan Partiyasının üzvü olan bütün insanların yekdil qərarıdır”-deyə S.Novruzov Modern.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev bir neçə gün öncə “Əl-Cəzirə” telekanalına müsahibəsində 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək barədə hələ qərara gəlmədiyini bəyan etmişdi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər