Modern.az

İtaliyanın baş naziri Silvio Berluskoni istefa verib

İtaliyanın baş naziri Silvio Berluskoni istefa verib

13 Noyabr 2011, 15:27

İtaliyanın baş naziri Silvio Berluskoni nəhayət istefa verib. Ötən gecə, o, istefa ərizəsini prezident Napolitanoya təqdim edib. Baş nazir Silvio Berluskoni ölkə prezidenti Napolitanoya istefa ərizəsini təqdim etdikdən sonra prezident və artıq eks-baş nazir arasında söhbət 40 dəqiqə çəkib.
Bazar günü, noyabrın 13-də prezident yeni hökumətin formalaşdırılması üçün danışıqlara başlayıb.

BBC-nin məlumatına görə, İtaliya liderləri ölkənin maliyyəsini nəzarət altına ala bildiklərini nümyiş etdirməyə tələsirlər.

Sərt tədbirlər planında müxtəlif ixtisarlar nəticəsində 59.8 mlrd avroya qənaət ediləcəyi nəzərdə tutulub. 2014-cü il üçün büdcənin balanslaşdırılması məqsədi qoyulub. Tədbirlər planında eləcədə bir sıra digər tədbirlər var:

  • ƏDV-nin 20%-ən 21%-dək artımı
  • Dövlət qulluqçularının məvaciblərinin 2014-cü ilə qədər dondurulması.
  • Təqaüd yaşı həddinin 2014-cü ildən başlayaraq 60 yaşdan tədricən 2026 ilə dək 65 yaşa çatdırılması.
  • Vergidən qaçma halları ilə mübarizənin gücləndirilməsi.
  • Enerji sektorunda xüsusi verginin tətbiq edilməsi.

Çərşənbə günü İtaliya höküməti bondlarının faizi 7% həddinə çatıb. Həmin faiz həddində Yunanıstan, İrlandiya və Portuqaliya kimi ölkələr Avropa İttifaqının (Aİ) yardımını istəməyə məcbur olmuşdular.

Aİ montorinq qrupu bugün Romada fəaliyyətə başlayır. Aİ monitorları dövlət borcu ÜDM-in 120%-i təşkil edən İtaliyanın borc problemi öhdəsindən necə gələcəyini müşahidə edəcəklər.

İtaliya iqtisadiyyatının son 15 il ərzində illik artımı orta hesabla 0.75% təşkil edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər