Modern.az

Leyla Əliyeva Bakıda təqdimat mərasimi keçirib (FOTOLAR)

Leyla Əliyeva Bakıda təqdimat mərasimi keçirib (FOTOLAR)

Ölkə

18 Noyabr 2011, 09:16

Noyabrın 17-də Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktoru olduğu “Baku” jurnalının ingilis dilində ilk nəşrinin təqdimat mərasimi keçirilib. (AzərTAc).
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri, xarici ölkələrin səfirləri iştirak ediblər.

“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva deyib: “Baku” artıq 4 ildir rus dilində nəşr olunur. Jurnalın rus dilində hazırlanmış ilk sayı 2007-ci ilin dekabrında Moskvada təqdim olunubmuşdur. Bu qısa müddət ərzində “Baku” jurnalı böyük nüfuz qazanmış və geniş maraq oyatmışdır. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, dünəni və bu günü haqqında maraqlı materiallar təqdim olunur”.
Baş redaktor qeyd edib ki, jurnalın ingilis dilində nəşrinin məqsədi Azərbaycanı dünyaya daha geniş coğrafiyada tanıtmaqdır.
Leyla Əliyeva jurnalın ingilis dilində nəşrinin hazırlanmasında iştirak edən redaksiya heyətinə minnətdarlığını bildirib.
Jurnalın çap olunduğu Böyük Britaniyanın “Conde Nast” nəşriyyatının məsul redaktoru Darius Sanai deyib ki, ingilis dilində çıxan nəşr Azərbaycanı maddi və mənəvi sərvətləri ilə dünyaya tanıdır. O, jurnalın hazırlanmasında Leyla Əliyevanın dəyərli, innovativ ideyalarla çıxış etdiyini vurğulayıb. D.Sanai qeyd edib ki, ingilis dilində çıxan nömrədə Azərbaycanın zəngin incəsənəti, mədəniyyəti haqqında maraqlı materiallar verilib.
Sonra qonaqlar Azərbaycan haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış videoçarxa baxıblar.
Təqdimat mərasimində “Baku” jurnalının ingilis dilində nömrəsində yer alan fotoşəkillərdən ibarət sərgi təşkil edilib.
Jurnalın Paris, Roma, Berlin və Nyu-Yorkda da təqdimatının keçirilməsi planlaşdırılır. Bundan əvvəl jurnalın London və Moskva şəhərlərində təqdimatı keçirilib.







Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər