Modern.az

Müəmmər Qəddafinin böyük oğlu tutuldu

Müəmmər Qəddafinin böyük oğlu tutuldu

Ölkə

19 Noyabr 2011, 18:29

Liviyanın devrilərək öldürülən keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi həbs edilib. Modern.az-ın məlumatına görə, bununla bağlı xəbər əksər xarici KİV-lərdə yer alıb.

Liviya Milli Keçid Şurası bəyan edib ki, Seyfülislam ədalət məhkəməsi qarşısında cavab verəcək. Onun Liviyada mühakimə olunacağı bildirilir.

Seyfülislamın tutulduqdan sonra çəkilən ilk fotoşəkili ortaya çıxıb. Bir yataqda uzanmış 39 yaşındakı Seyfülislamın sağ əl barmaqlarının sarğılı olması diqqət çəkir.

Seyfülislam Qəddafinin ölkənin cənubundakı Obari qəsəbəsi yaxınlarında tutulduğu söylənilir.

İki köməkçisiylə birlikdə Nigerə qaçmağa çalışarkən tutulduğu deyilən 39 yaşlı oğul Qəddafinin sağlamlıq vəziyyətinin yaxşı olduğu və təyyarələ Zintan şəhərinə aparıldığı bildirilir.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər